28 
Mar
2020
13:13
639
25
10859
Virtual karabakh

“İrşad Electronics” müştərilərinin kredit ödəmələrinə fasilə verdi

28 Mar, 2020
13:13
10859

“İrşad Electronics” müştərilərinin kredit ödəmələrinə fasilə verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sağlıq hər şeydən vacibdir” deyən “İrşad Electronics” müştərilərinə qarşıdakı aprel ayını evdə rahat qalmaq üçün şərait yaradıb. “İrşad Electronics” müştərilərinin aprel ayı üzrə kreditlərini növbəti aya ertələyib.

Bu barədə şirkətin rəsmi “Facebook” səhifəsində məlumat yayılıb:

“COVID-19” virusu ilə əlaqədar olaraq sizlərə dəstək olmaq adına Aprel ayı üçün aylıq ödənişlərə 1 AYLIQ FASİLƏ verilməsini qərara aldıq”. 

Bu müddətdə “İrşad Electronics” müştəriləri evdə rahat oturub, özlərinin və əzizlərinin sağlamlığının qayğısına qala biləcəklər. May ayından başlayaraq, “İrşad Electronics”ə olan kreditlərin aybaay ödənməsi davam edəcək.

“İrşad Electronics” koronavirus zəncirini qırmaq, onu yaymamaq və özlərinin də yoluxmaması üçün müştərilərinə evdən çıxmamağı tövsiyə edir. Əməkdaşlarının da karantin qaydalarına riayət etməsini və mağazalara insan axınının qarşısını almaq istəyən şirkət martın 28-dən etibarən bütün mağazalarının fəaliyyətini müvəqqəti dayandırıb.

Bu müddətdə yalnız onlayn sifarişlər üzrə nağd və taksitli alışlar həyata keçiriləcək. Müştərilərə məhsulların çatdırılması yüksək dezinfeksiya tələblərinə uyğun olaraq təşkil ediləcək.

“İrşad Electronics” ölkə üzrə 30-dan artıq mağazaya malik mobil telefon, elektrotexnika və məişət avadanlıqları satışı şəbəkəsidir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri