Apr
2020
15:33
136
53
1226
Virtual karabakh

“Biz gəlirik, siz evdə qalın” - “İrşad Electronics”dən tənha yaşlılara dəstək

“Bizim əlimizdən tutdunuz, yeriməyi, yüyürməyi öyrətdiniz, həyatı öyrətdiniz, insanlığı öyrətdiniz. İndi bizim sizin əlinizdən tutmağımızın vaxtıdır. İndi insanlıq vaxtıdır”, – “İrşad Electronics” pandemiya dövründə yaşlıların qorunması üçün sosial kampaniyaya bu düşüncə ilə yola çıxdığını bəyan edib. 

Sosial kampaniya 300 nəfər yaşlı, tənha insanın gündəlik ehtiyaclarını qarşılamağa yönəlib. Kampaniyanın əhatə edəcəyi insanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  ilə birgə müəyyənləşdiriləcək. 

“Cəmiyyətimizdə yaşca böyük insanlara hər zaman böyük hörmət və qayğı olub. Təbii ki, bu mədəniyyəti də bizə yaşca böyüklərimiz aşılayıb. Üzərimizdə çəkdikləri əziyyəti heç nə ilə ödəyə bilməsək də,  sevildiklərini hiss etdirmək üçün hər birimiz səmimi qəlbdən bu aksiyaya qoşulmalıyıq”, – şirkət sosial şəbəkədə kampaniya barədə anonsunda qeyd edib.

“İrşad Electronics” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait köçürməsi ilə yanaşı, ölkə üzrə 30-dan artıq mağazasının fəaliyyətini müvəqqəti dayandırıb, satışların sayt üzərindən elektron qaydada təşkilini və ofis əməkdaşlarının evdən çalışmasını təmin edib, müştərilərinin aprel ayı üzrə kredit ödənişlərini bir ay ertələyib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri