Apr
2020
12:30
11
107
4141
Virtual karabakh

Karantində faydalı alış-veriş “Maxi.az”da - Bir klik məsafəsindəyik

9 Apr, 2020
12:30
4141

Karantində faydalı alış-veriş “Maxi.az”da - Bir klik məsafəsindəyik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq balaca uşaq da koronavirusun nə olduğunu bilir. Təhlükəli virusun qlobal pandemiyaya çevrilməsi bir çox insanı vərdişlərini dəyişməyə və vaxtının çoxunu evdə keçirməyə məcbur etdi. Həkimlər əllərin sabunla tez-tez yuyulmasına, çoxsaylı təmasların qarşısını almağa, ictimai yerlərdə maska taxmağa və ən azı bir metr sosial məsafə saxlamağa çağırırlar.

Bundan başqa, öz mənzilinizdə mümkün olduğu qədər xarici dünyadan təcrid olunmalısınız. Aşağıda karantini necə rəngarəng edə biləcəyimizdən və onu maksimum şəkildə fayda ilə keçirəcəyimizdən danışacağıq. Onlayn mağazamız isə bu işdə sizə faydalı olacaq.

Rahat onlayn ödəniş imkanları isə alışınızı asanlaşdıracağıq.

Onlayn ödəmə üsulları aşağıdakılardır:

Taksit və debet kartları ilə;

Bank köçürməsi yolu ilə;

Yığım ödəniş imkanı - “MilliÖn” və “E-manat” terminallarından köçürmə yolu ilə;

Ödənişin bir qismini onlayn, digər hissəsini isə nağd etməklə.

Saytımızda geniş çeşidli məhsulların seçimində köməyə ehtiyacınız olduğu halda birbaşa operatorlarımızla məsləhətləşə bilərsiniz. Onlar sizə ən yaxşı və faydalı məhsulu seçməkdə kömək edəcəklər. Pulsuz çatdırılma xidmətimiz isə sürətlə aldıqlarınızı sizə gətirəcək.

Uzaqdan işləmək

Fəaliyyət növü imkan verirsə, mövcud şəraitdə uzaqdan işləmək imkanı əldə edəcəksiniz. İlk baxışdan bu məşğulluq tərzi çox rahatdır, çünki insanlarla əlaqə qurmaq və ictimai nəqliyyatla işə getmək lazım deyil. Digər tərəfdən, uşaqlar ətrafda oynayarkən, televizor işləyərkən və ya ətçəkən maşın səs-küylü olduqda işə diqqət yetirmək çətinləşir.

Uzaqdan məşğulluq imkanlarını asanlaşdırmaq üçün mənzildə asanlıqla hərəkət edə biləcəyiniz noutbuk əldə edin. Yaxşı seçim “Lenovo 330-15AST” ola bilər.

Gündəlik məsələlərin həlli üçün bu dəbli noutbuk idealdır. Məhsulu superqiymətə - cəmi 479 manata və ya 24 ayadək faizsiz taksitlə ayda cəmi 19,96 manata əldə edə bilərsiniz.

Yaxşı qulaqlıqlar artıq səs-küydən yayınmağa kömək edəcək. “Xiaomi Redmi AirDots Black” qulaqlarda mükəmməl şəkildə oturur və Sizi 5 saat ərzində yüksək keyfiyyətli stereo səslə təmin edir. Bunların hamısı inanılmaz qiymətə - 39 manata.

Yüksək gigiyena qaydaları

Siz daim evdəsiniz və mükəmməl, təmiz hava ilə nəfəs almalısınız. Səliqə artıq şərtdir. Amma günboyu yumaq və təmizlik etməyi kim sevir? Mükəmməl təmizlik və rahatlıq yaratmağa müasir məişət texnikası kömək edəcək.

Adi paltaryuyan maşınınızı buxarlı “Samsung WW65K52E69SDLP” kimi modellə əvəz edin. Lakonik dizayn və yığcam ölçülər onu istənilən interyerə uyğunlaşdırmağa imkan verəcək və buxarla təmizləmə dezinfeksiyanı gücləndirəcək.

Qab-qacaq da mükəmməl təmiz olmalıdır. Qabları kifayət qədər isti suda əllərinizlə yumaq çətin olacaq, buna görə də, onların steril olmasının ən yaxşı yolu qabyuyan maşın almaqdır.

Qabyuyan “Hotpoint-Ariston HFC 3B19 X” gündəlik vəzifələrin öhdəsindən gəlməyə kömək edəcək. Sözügedən qurğu həm də suya qənaət edir. Beləliklə, siz həm steril qablar əldə edirsiniz, həm də qənaət etmiş olursunuz. 

Həkimlər deyirlər ki, virusun hissəcikləri geyimdə qala bilər. Yaxşı bir buxarlandırıcı palto və ya cins paltarları dezinfeksiya etməyə kömək edəcək. Məsələn, “Philips GC350/40” buxarlandırıcısı həm şaquli, həm də üfüqi rejimdə həmçinin zərif parçalar üçün istifadə olunur və bakteriyaların 99,9%-ni məhv edir.

Düzgün qidalanma sağlamlığın açarıdır. Ailənin immunitetini dəstəkləmək üçün müxtəlif vitaminli yeməkləri tez və dadlı bişirmək istəyirsinizsə, multibişirici əla seçim ola bilər. 

Multibişiricilər - dizayn və funksionallıq baxımından uyğun modellərdən birini seçin və soba ətrafında keçirilən saatları unudun (populyar modellər arasında: multibişirici “Vitek VT-4281 White”  - cəmi 79 manata və faizsiz taksitlə 24 ayadək, ayda 3,29 manata;

Qapalı məkanda təmiz havanın zərurəti şübhə altına qoyulmur. Buna görə də, yaxşı hava təmizləyici və ionlaşdırıcı “Polaris PPA 2540i White” Sizə tam uyğun olacaq. O, həmçinin taymer funksiyası ilə təchiz olunub və istədiyiniz müddətə təmizləyici funksiyasını işə sala bilərsiniz. Qiyməti isə, sadəcə, 89 manata və 24 ayadək faizsiz taksitlə ayda 3,71 manatadır.

Digər faydalı kiçik avadanlıqları da unutmayın. Yaxşı nəmləndirici və ionlaşdırıcı, kiçik robot süpürgə və şıq termopot mənzildə qalmaq üçün optimal şərait yaratmağa kömək edəcək.

 

Əyləncə

Uşaqlar evdədir və bu o deməkdir ki, onları əyləndirmək lazımdır. Əlbəttə ki, bütün ailə ilə masa oyunları oynamaq çox əyləncəlidir, amma heç kim təhsili ləğv etməyib. Lakin dörd divar arasında qalmaq bütün standart işləri olduqca darıxdırıcı edə bilər. Bir oyun konsolu asudə vaxtınızı daha əyləncəli etməyə kömək edəcək.

Böyük ekranda film izləməyə öyrəşmisiniz? “Samsung UE50NU7097UXRU” televizoru ilə evdə əsl ev kinoteatrı qura bilərsiniz. Qalır sadəcə popkorn və kola almaq. Bundan sonra divandan ayrılmaq istəməyəcəksiniz. Televizoru 24 ayadək faizsiz taksitlə, ayda cəmi 43,71 manat ödəməklə əldə edə bilərsiniz.

“Nintendo Switch - Neon Blue and Red Joy-Con V2” sizə virtual əyləncə dünyasını təqdim edir.

Həm geymerlər, həm də həvəskar oyunçulara vaxt öldürmək üçün ideal həlldir. Oyunları eyni zamanda televizora qoşulmaqla oynamaq da olar. Bu isə axşamları daha xoş edəcək. Oyunu 24 ayadək faizsiz taksitlə, ayda cəmi 33.29 manat ödəməklə əldə edə bilərsiniz.

Karantin – işləyərək əylənməyə və istirahət etməyə imkan yaradır. Belə isə, asudə vaxtınızdan səmərəli istifadə etmək, eyni zamanda uzaqdan işləmək üçün super qiymət və faizsiz taksit təkliflərimizdən yararlanmağa tələsin. Ailənizlə keçirdiyiniz və evdə qaldığınız vaxtdan zövq alın. Evdə qalın!

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri