13 
Apr
2020
12:11
115
117
9942
Virtual karabakh

“CANBA” bilik yarışması - Evdə qalıb pul qazanmağın sadə yolu - FOTO

13 Apr, 2020
12:11
9942

“CANBA” bilik yarışması - Evdə qalıb pul qazanmağın sadə yolu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bütün dünyada, eləcə də, Azərbaycanda COVID-19-la mübarizə aparıldığı bir dönəmdə ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşların evdə qalarkən vaxtlarının daha səmərəli təşkili məsələsi gündəmə gəlib. 

Artıq Azərbaycan ailələri öz yaxınları ilə daha çox vaxt keçirərək, öz biliklərini sınamaq və hətta evdən çıxmadan pul qazanmaq fürsətinə malikdirlər. Söhbət bütün ailə üzvlərinə səmərəli, maraqlı və qazanc dolu anlar bəxş edən “CANBA” (www.canba.az)  bilik yarışmasından gedir.

Azərbaycan məhsulu olan “CANBA” mobil telefon vasitəsilə canlı şəkildə oynanılan və pul qazandıran bilik yarışıdır. Oyun iştirakçıları hər gün 21:00-da mobil telefonlarında “CANBA” yarışını canlı izləyirlər. Hər yarışda müxtəlif mövzularda 12 sual səslənir. Günün uduş fondu sualların hamısına doğru cavab verən iştirakçılar arasında bölünür.

Yarışda iştirak çox sadədir. İstər “AppStore”, istərsə də “Play Market”dən “CANBA” mobil tətbiqini yükləmək, mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmək və yarış saatında mobil tətbiqə daxil olmaq kifayətdir. Ən əsası, “CANBA” tamamilə pulsuzdur!

Çox qısa müddətdə 100 000 minə yaxın izləyicini bir araya toplayan mobil tətbiq yerli mütəxəssislərimiz tərəfindən ərsəyə gətirilib. Tətbiqin yaradıcısı “Kibrit. Tech” MMC-nin İdarə Heyətinin üzvü Nadir Ələsgərovun sözlərinə görə, şirkətin əsas məqsədi hazırladıqları texnoloji həllərlə insanlara fayda verməkdir:

“Mobil telefonlar həyatımızın ayrılmaz hissəsidir. Bunu hamı bilir, hamı təsdiqləyir. Əlbəttə, mobil telefonların bizə təqdim etdiyi imkanlar da genişdir. Biz “CANBA” tətbiqi ilə insanların hökumətimizin  #evdəqal çağırışına cavab verərək, evlərində və xüsusilə mobil telefonlarla keçirdikləri zamanı daha səmərəli etmək üçün əlimizdən gələni etdik.

İnsanlar “CANBA”da keçirdikləri bir neçə dəqiqədə həm yeni biliklər qazana, həm bildiklərini təkrarlaya, həm də  öz bilikləri ilə pul qazana bilərlər. Tətbiqin istifadəçiləri artıq “CANBA”nın bütün ailəni bir araya toplayan faydalı bir məşğuliyyətə çevrildiyini deyirlər”.

N.Ələsgərov vurğulayıb ki, “CANBA”nın yaradıcı komandası daim tətbiqi təkmilləşdirmək və ən müxtəlif istifadəçi qrupları üçün daha da maraqlı etmək üzərində çalışır. Bu yaxında “CANBA”da rus dilində yarışın yayımlanması başlanılıb. Rus dilində yarış hər gün saat 18:00-da keçirilir.

Qeyd edək ki, bu tətbiq “Kibrit. Tech”in insanlara faydalı olmaq istiqamətində hazırladığı ilk belə məhsul deyil. Şirkətin daha əvvəl istifadəçilərə təqdim etdiyi “Bildilçin” mobil tətbiqi müxtəlif istiqamətli Azərbaycandilli lüğətləri bir araya toplayan əvəzsiz mənbədir.        

Daha ətraflı məlumatı www.canba.az səhifəsində əldə etmək olar. 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri