18 
Apr
2020
13:04
137
29
3786
Virtual karabakh

“Azertexnolayn” qayğıya ehtiyacı olan 100 ahıla ərzaq yardımı edib - FOTO

18 Apr, 2020
13:04
3786

“Azertexnolayn” qayğıya ehtiyacı olan 100 ahıla ərzaq yardımı edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın qorxulu bəlasına çevrilən COVID-19-la mübarizə çərçivəsində ümumi tədbirlər davam etdirilir. Bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da pandemiyanın təsirlərindən zərər görən həssas təbəqələrin sosial təminatının yaxşılaşdırılması üçün dövlət tərəfindən görülən işlərə özəl sektor da öz töhfəsini verməkdədir. 

“Azertexnolayn” MMC 17.04.2020-ci il tarixindən başlayaraq, “Qızıl Aypara Cəmiyyəti”nin tərtib etdiyi siyahı ilə Sumqayıt şəhərində qeydiyyatda olan 100 nəfər həssas yaş qrupuna və qayğıya ehtiyacı olan ahıla humanitar yardım edir. 

“Azertexnolayn” MMC-nin rəhbərliyi bildirir ki, hazırda karantin vəziyyəti olsa da, biz komanda olaraq aztəminatlı ailələrin yanındayıq, onlara hər zaman da dəstək olmağa çalışırıq: “Bu istiqamətdə digər təşkilatlara da səslənərək bildiririk ki, yardımlarımızı əsirgəməyək və birlikdə koronavirus bəlasına qalib gələk”.

Qeyd edək ki, “Azertexnolayn” MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik içməli su, təbii qaz və xam neft xətləri, svay borular, eləcə də su və kanalizasiya təchizatı ilə bağlı texniki qurğu və avadanlıqların istehsalı ilə məşğul olan aparıcı sənaye şirkətidir.

 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri