23 
Apr
2020
10:00
31
130
2905
Virtual karabakh

“Samsung” #evdəqal aksiyasına qoşuldu. Yetər ki, siz #evdəqalın, digər məsələlərin qeydinə “Samsung” qalacaq

23 Apr, 2020
10:00
2905

“Samsung” #evdəqal aksiyasına qoşuldu. Yetər ki, siz #evdəqalın, digər məsələlərin qeydinə “Samsung” qalacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İllərdir aşpaz olmaq arzusundasınız? Və ya sevdiyiniz mahnını ifa etmək xəyalları qurursunuz? Bəlkə də, uzun müddətdir öz səhhətinizlə və fiziki vəziyyətinizlə məşğul olmağı planlaşdırırsınız. Hər birimiz ömür boyunca heç olmasa bir dəfə özümüzü hansısa məşğuliyyətə həsr etməyi arzulamışıq, lakin vaxt və güc çatışmazlığıdan arzumuzu reallaşdıra bilməmişik. Belə ki, hər birimiz çalışır, ailəmizin qayğısına qalır və əksər hallarda həyatımızın bütün sahələrinə daha çox diqqət yetirdiyimiz halda, özümüzə vaxt ayıra bilmirik. “Samsung” ilə bütün dünya üçün həqiqətən çətin bu dövrdə həyatınıza və gündəlik karantin rutinlərinə rəng qatmağı təklif edirik. Qlobal pandemiya zamanı #evdəqal çağırışını dəstəkləyərək, “Samsung” hər birimizi evdə keçirdiyimiz zamanı dəyərləndirməyə çağırır!

Beləliklə, “Samsung”un rəsmi InstagramFacebook səhifələrinə daxil alaraq, gününüzü məhz necə keçirəcəyinizə qərar verə bilərsiniz. “Samsung” məşhur simalarla birlikdə, sizə bir sıra maraqlı əyləncə hazırlayaraq, darıxmağınıza imkan verməyəcək.

Karantin rejiminin sizin fiziki formanıza təsir göstərəcəyini fikirləşirsinizsə və yay mövsümünə hazırlıqlı olmaq istəyirsinizsə, formaya necə düşə biləcəyiniz haqqında sizə məlumat verəcək fitnes məşqçilərimizə qoşulmağı təklif edirik. İdmanla məşğul olmaq hələ bu qədər sadə və şən olmamışdı. “Galaxy Buds+” naqilsiz qulaqlıqlarını və “Galaxy Watch Active 2” taxaraq məşqə başlaya bilərsiniz. Ağıllı saat bütün fiziki fəaliyyətinizi izləyərək, onu təhlil edəcək və aktivliyin səmərəliliyini artıracaq məsləhətlər təqdim edəcək.

Düzgün qidalanma rejiminə riayət etmirsinizsə, hətta gündəlik məşqlərin belə bəhrəsini görməyə bilərsiniz. Bu halda bizim aşpazlar köməyinizə gələcək! Ailəniz üçün dadlı bir şam yeməyinə və ya pəhriz qəlyanaltısına ehtiyacınız var? İndi adi inqrediyentdən istifadə edərək, dünya mətbəxinin incilərini hazırlamağı sınaqdan keçirin və aşpazlarımızın məsləhətlərindən faydalanaraq karantin müddəti ərzində əsl qurmana çevrilin. Ən əsası isə, dadlı nəticələrinizi yaxınlarınızla bölüşməyi unutmayın! Burada köməyinizə, əlbəttə ki, heyratımız kamera dəstinə malik olan yeni “Galaxy S20” smartfonları çatacaq.

Yemək bişirmək və idman etmək tam ürəyinizcə məşğuliyyət deyilsə, uzun müddətdir ki, təxirə saldığınız sevimli filmlərinizin seyrindən zövq ala bilərsiniz. Hansı filmin daha maraqlı olduğu barədə məsləhətə ehtiyacınız var? Bu halda “Samsung”a qoşulun! Burada sizi hər gün ən baxımlı filmlərin siyahısı, məşhur filmlərin icmalı, rejissorumuzla kino haqqında maraqlı və səmimi söhbətlər gözləyir. Unutmayın ki, “Galaxy” seriyasının smartfonlarının “sərhədsiz” ekranında sevimli seriallarınızı izləmək sizə unudulmaz həzz bəxş edəcək, “Samsung TV”də görüntü və səsötürmənin yüksək keyfiyyəti sayəsində isə seyrdən yeni təəssüratlar əldə edəcəksiniz.

Yox, əgər işınızdən ayrıla bilmirsinizsə, gəlin birgə işləyək! Çünki “Samsung” məhsulları ilə evdən işləmək daha rahatdır. Yeni “Samsung” smartfonları ilə istənilən zaman əlaqə qura və “Samsung Dex”in imkanları sayəsində eyni anda fərqli tapşırıqlar arasında keçid edərək, daha çox iş yerinə yetirə biləcəksiniz. Belə ki, sadəcə, istənilən cihazı telefonunuza qoşmaq kifayətdir. Beləliklə, indi siz istər televizorun geniş ekranında işləyə, istərsə də smartfon displeyini kompüter çevrəsi ilə sinxronlaşdıra bilərsiniz.

Boş vaxtınızda isə xəyalınızı gerçəkləşdirib, sevdiyiniz mahnıları ulduzlarımızla oxuya bilərsiniz.

“Samsung” sevimli balacaları da nəzərə alaraq, məktəb dərslərindən fasiləsiz olaraq onlayn faydalanmaq üçün bir neçə növ internet bağlantısını dəstəkləyən, yüksək işləmə gücünə malik və əla kameralarla təchiz edilmiş “Samsung” planşetlərindən və smartfonlarından istifadə etməyi tövsiyə edir. Bundan əlavə, “Samsung Kids”lə istədiyiniz zaman uşaqlarınızla özünüz məşğul ola bilər, habelə onların asudə vaxtını da təşkil edə bilərsiniz. Unutmayın ki, karantin - uşaqlarınıza həsr edə biləcəyiniz daha çox vaxt deməkdir. Bələ ki, balacalarla dərs öyrənin, oynayın və ya cizgi filmlərinə baxın, “Samsung” isə birlikdə keçirdiyiniz vaxtın unudulmaz olmasını təmin edəcək.

Dostlar, nəyi gözləyirsiniz? Hamınızı karantin günlərini faydalı keçirməyə dəvət edirik! “Samsung”un rəsmi InstagramFacebook səhifələrinə keçid edərək, bizə qoşulun və #evdəqal-ıb əmin olun ki, burada daha əyləncəlidir!

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri