27 
Apr
2020
14:30
61
172
2594
Virtual karabakh

“Kontakt Home”un mağazaların açılışı üçün hazırladığı pozitiv videoçarx böyük maraqla qarşılandı - VİDEO

Karantin rejiminin yumşaldılmasından sonra ölkənin ən böyük elektronika şəbəkələrindən biri olan “Kontakt Home” öz mağazalarının fəaliyyətini yenidən bərpa etdi. Bu münasibətlə şəbəkə müştəriləri üçün pozitiv videoçarx hazırlayıb. Video internet istifadəçiləri tərəfindən maraqla və təbəssümlə qarşılanıb:

Qeyd edək ki, həm müştərilərinin, həm də əməkdaşlarının sağlamlığının təmin olunması məqsədilə “Kontakt Home” bütün mağaza və inzibati binalarında virus və bakteriyalar əleyhinə dezinfeksiya işləri aparıb.

Karantin qaydalarına uyğun olaraq, mağaza personalı müştərilərə xüsusi qoruyucu maska və əlcəklərdə xidmət edir, gündəlik olaraq temperaturu yoxlanılır, insanların sıx təmasda olduğu səthlər, vitrinlər mütəmadi olaraq təmizlənir. Həmçinin, mağaza və inzibati binaların girişləri spirt tərkibli antiseptik məhlullarla təmin edilib.

Müştərilər 2 yazıb, 8103-ə SMS yollamaqla, karantin rejiminin qaydaları əsasında “Kontakt Home” mağazalarına gəlib, istədikləri məhsulları əldə edə bilərlər.

Mağazanın xidmətlərindən onlayn yararlanmaq istəyənlər isə elə evdən telefon və ya kompüterlə Kontakt.az saytına daxil olub istədiyi məhsulu sifariş verə bilər. Sifarişlər pulsuz, sürətli və təhlükəsiz şəkildə düz qapınızadək çatdırılacaq. 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri