29 
Apr
2020
10:00
23
57
3272
Virtual karabakh

“Samsung”la #evdəqal-ın və hədiyyələr qazanın

29 Apr, 2020
10:00
3272

“Samsung”la #evdəqal-ın və hədiyyələr qazanın

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Samsung” karantin günlərinə rəng qatmaq üçün “Samsung ilə evdə qal” adlanan xüsusi layihəyə start verib. Layihədə asudə vaxtınızın məşhurlarımızla birlikdə təşkil edilməsi təklif olunur. Beləliklə, gününüzün necə keçəcəyinə özünüz qərar verin, istər yemək bişirin, idman edin, istərsə də sevdiyiniz filmləri seyr edib zövq alın. Bunun üçün sadəcə “Samsung”un rəsmi  InstagramFacebook səhifələrinə keçid etmək yetərlidir. Belə ki, səhifələrdə hər gün aşpaz tövsiyələri, fitnes dərsləri, həmçinin oyunlar və ən son smartfon tətbiqləri ilə bağlı ekspert icmalı təqdim edilir. Əlavə olaraq, burada sözügedən bütün dünyada məşhur brenddən qiymətli hədiyyələr də qazanmaq şansınızın var.

Bunun üçün komandalardan birinə qoşulmalı və müsabiqədə iştirak etməlisiniz. Qeyd edək ki, yarışlarda iştirak edərək “Galaxy Buds+”, “Samsung” mikrodalğalı sobası, “Galaxy Active Watch II” və “Serif TV” kimi hədiyyələrə sahib ola bilərsiniz. 

Beləliklə, Çingiz Mustafayevin “Tənha gəzən” mahnısını ifa etməklə siz “Samsung Galaxy Buds+” qazanmaq şansına sahib olursunuz. Müsabiqədə iştirak etmək üçün ifanızı video şəklində qeydə almalı və “Samsung”un rəsmi Instagram və ya Facebook səhifələrinə göndərməlisiniz. Qaliblər əvvəlcədən seçilmiş beş iştirakçı arasından random vasitəsilə təyin olunaraq elan ediləcək. Yarış 15 may tarixinədək davam edir.

İstedadlı rejissor Emil Quliyev isə sizə bənzərsiz televizor olan “Samsung Serif” qazanmaq şansı təqdim edir. Belə ki, bunun üçün ailənizin iştirakı ilə necə #evdəqal-dığınız haqqında üç dəqiqədən çox olmayan videoçarx çəkməli və onu şirkətin rəsmi sosial şəbəkə səhifələrinə (Instagram və ya Facebook) göndərməlisiniz. Oyunun qalibi rejissor tərəfindən seçilmiş 10 iştirakçı arasında təsadüfi seçim əsasında müəyyən ediləcək. Beləliklə, təkrarolunmaz “Serif TV”ni qazanmaqla yanaşı, ailənizlə də birgə əylənmək şansınız olacaq.

Sadə yemək bişirmək belə sizə “Samsung”dan hədiyyə qazanma şansı təqdim edir. Bunun üçün Sunanın təklif etdiyi dörd məhsuldan (ət, badımcan, soğan və pomidor) istifadə edib, yemək hazırlayaraq, mikrodalğalı soba qazana bilərsiniz. Məhsul siyahısı qeyd edilən inqrediyentlərlə məhdudlaşmır, sadəcə, sözügedən bu dörd məhsul digərləri arasında mütləq istifadə olunmalıdır. Beləliklə, bişirmə prosesini videoresept formatında çəkərək, müsabiqənin Instagram və ya Facebook səhifəsinə göndərməyiniz xahiş olunur. Aşpaz müsabiqə iştirakçılarının arasından 10 nəfəri seçərək qalibi random vasitəsilə elan edəcək.

Həmçinin, bu aksiya çərçivəsində Ülkər Xəlilinin iştirakı ilə məxsusi gözəl xanımlarımız üçün təşkil edilmiş yarışma ilə tanış ola bilərsiniz. Beləliklə, dəyərli xanımlarımızdan çarxda göstərilən bütün hərəkətləri təkrarlayaraq, video çəkmək və “Samsung”un rəsmi Instagram və ya Facebook səhifəsinə göndərmək tələb olunur. Çəkiliş zamanı hərəkətlərin düzgün yerinə yetirilməsinə, həmçinin saniyəölçənin göstəricilərinin sizinlə birlikdə kadra düşməsinə diqqət yetirin. Müsabiqənin bütün şərtlərini düzgün yerinə yetirən iştirakçıların “Samsung Galaxy Active Watch II” qazanmaq şansı olacaq.

Hər iki müsabiqə 15 may tarixinə qədər davam edir.

Qeyd edilən yarış yalnız xanımlara şamil olunurdusa, Fövqi Əfəndi tərəfindən təqdim edilən bu müsabiqə sırf bəylər üçün nəzərdə tutulub. Burada da iştirak şərtləri eynidir, belə ki, çarxda göstərilən bütün hərəkətləri təkrarlayıb, saniyəölçənin göstəricilərinin sizinlə bir yerdə kadra düşməsinə diqqət yetirməklə video çəkmək və müsabiqə səhifələrinə (Instagram və ya Facebook) göndərmək tələb olunur.

Xatırladaq ki, qalib “Galaxy Active Watch II” qazanacaq, videoların son qəbul günü isə 15 maydır.

“Samsung”un hamınıza daha bir sürprizi var, belə ki, hər iki aşpazımız sizləri yarışda iştirak etməyə çağırır. Beləliklə, Fərhad Aşurbəylinin təqdim etdiyi ikinci müsabiqədə istifadə etdiyiniz inqrediyentlərin arasında toyuq, göbələk və ispanağın mütləq şəkildə olması şərtilə yemək bişirməyə dəvət olunursunuz. Burada da yeməyin hazırlanma prosesi videoresept formatında qeydə alınmalı və şirkətin rəsmi səhifələrinə (Instagram və ya Facebook) göndərilməlidir. Müsabiqə 15 may tarixinə qədər davam edir.

Hər birinizi müsabiqələrdə iştirak edib, “Samsung”dan hədiyyələr qazanaraq, karantin günlərinizə rəng qatmağa çağırırıq. Əlavə məlumat əldə etmək üçün şirkətin rəsmi səhifələrini (InstagramFacebook) sosial şəbəkələrdə izləməyi unutmayın.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri