May
2020
14:46
117
24
2122
Virtual karabakh

“Texnomart” Mağazalar Şəbəkəsindən pandemiya dövrü və Ramazan ayında nümunəvi addım - FOTO

Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu bu günlərdə “Texnomart” Mağazalar Şəbəkəsi öz sosial məsuliyyət addımı ilə xalqımızın yanında olduğunu bir daha nümayiş etdirdi.

Bu ay həm də İslam dininin ən müqəddəs ayı - sosial dayanışma, yardımlaşmanın yüksəklərdə tutulduğu 11 ayın sultanı olan Ramazan ayıdır. 

Bu müqəddəs ayda Bakı, Gəncə, Sumqayıt, Xırdalan, Quba, Xaçmaz, Tovuz, Qazax, Lənkəran, Şirvan, Mingəçevir, Bərdə, Masallı, Zaqatala, İsmayıllı, Ağdaş, Ucar, Göyçay, Şəki, Şamaxı, Ağcəbədi, İmişli və Şəmkir şəhərlərində yaşayan yüzlərlə aztəminatlı və ehtiyaclı ailələr, xüsusən tənha yaşayan ağsaqqal və ağbirçəklərimiz “Texnomart” əməkdaşları tərəfindən xüsusi qayğıkeşliklə ziyarət edildi.  

İçində olduğumuz pandemiya şəraitinin ümumdünya və respublika iqtisadiyyatında yaratdığı durğunluq və çətinlik cəmiyyətimizin hər sosial qrupunda ciddi şəkildə hiss olunmaqdadır. Həm dövlətimizin yeritdiyi sosial yardımlaşma layihələrinə dəstək olmaq, həm də xalqımızın yanında olmaq “Texnomart” Mağazalar Şəbəkəsi üçün hər zaman qürur mənbəyidir. 

“Texnomart” Mağazalar Şəbəkəsi sosial məsuliyyət layihələrinə xüsusi önəm verməyə və hər zaman xalqımızın yanında olmağa davam edəcək.

Ümummilli birlik şüarına çevrilən ifadəmiz kimi, həqiqətən də, Biz Birlikdə Güclüyük!

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri