10 
İyn
2020
06:46
25
77
2954
Virtual karabakh

Süni intellektdə ilk dəfə yuxuya tələbat yarandı

10 İyn, 2020
06:46
2954

Süni intellektdə ilk dəfə yuxuya tələbat yarandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beyinin işini simulyasiya edən süni sinir şəbəkəsində gözlənilmədən yuxuya təlabat yaranıb. İnsanda olan yavaş yuxuya bənzər vəziyyət onun fəaliyyətini bərpa edib.

Vesti.ru xəbər verir ki, süni neyron şəbəkələri insan beyninin sinir şəbəkələrinin fəaliyyətini təqlid edir. Onlar özləri də kontaktlar (sinapslar) ilə bağlanan özünəməxsus neyronlardan ibarətdir. Şəbəkə təlimi bu sinapsların keçiriciliyindəki dəyişiklikdən baş verir.

Adətən, süni intellekt mütəxəssisləri qarşılarına sinir sisteminin fəaliyyətini dəqiq şəkildə inkişaf etdirmək məqsədi qoymurlar. Axı bir təyyarənin qanadın qaldırıcı qüvvəsini istifadə etməsinə baxmayaraq, quşun uçuşunu təkrarlaması lazım deyil. Süni neyron şəbəkələri də ona verilən tapşırıqları uğurla həll etmək üçün həqiqi beyinə tam oxşamalı deyil.

Yeni araşdırmanın müəllifi Uatkins və həmmüəllifləri təkcə görməyi bacaran deyil, həm də bunu insan övladı və ya heyvan balası ilə eyni şəkildə edən bir neyron şəbəkəsi yaradıblar.

Onlar uzun müddət davam edən məşqdən sonra sinir şəbəkəsinin qeyri-sabit işləməyə başladığını aşkar ediblər.

Tədqiqatçılar təxmin edirlər ki, vizual neyronlar yavaş yuxu zamanı siqnal qəbul edirlər. Onlar bu şəkildə sinir şəbəkələrini sakit bir gecənin istirahəti ilə bərabər tutublar.

İndi alimlər tapdıqlarını neyromorfik Loihi çipində (bu yaxınlarda qoxuları tanımağı öyrənən və siçan beynini üstələyən neyrokompüter üçün “kərpic” rolunu oynayan) sınaqdan keçirmək niyyətindədirlər . Tədqiqatçılar buna süni bir göz bağlayacaq və vizual məlumatları emal etməyə öyrədəcəklər. Ümid edirlər ki, çipi vaxtaşırı “yuxuya” buraxaraq onun işini yaxşılaşdıra bilərlər.

Tədqiqatın nəticələri iyunun 14-də ABŞ-ın Sietl şəhərində keçiriləcək “Women in Computer Vision” konfransında təqdim ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri