13 
İyn
2020
10:00
30
58
1627
Virtual karabakh

“Samsung The Frame” - həyat tərzinizə uyğun televizor

“Samsung” sayəsində son bir neçə il ərzində televizor istənilən interyeri tamamlayaraq, həyat tərzinin bir hissəsinə çevrilib. Mühəndislər keyfiyyətli məzmunun ötürülməsində nailiyyətlər qazanmaqla yanaşı, televizoru sənət əsərinə çevirməyə müvəffəq olublar. Beləliklə, “The Frame” (2020) adi televizor funksiyalarını yerinə yetirən, lakin istifadə olunmadığı zaman rəqəmsal fotoçərçivə kimi fəaliyyət göstərən dekorativ dizayn elementini təmsil edir.

Belə ki, televizordan çox vaxt istifadə etmədiyimizdən, cihaz bir növ “qara nöqtə” şəkilində divardan asılı qalır, bu səbəbdən “The Frame” ətraf dizaynla ahəng yaratmaq üçün interyerlə uyğunlaşmağa kömək edən çox sayda funksiyaları özündə birləşdirir.

“The Frame”in qara metaldan hazırlanmış korpusu, incə haşiyəyə alınmış çərçivəsi, həqiqətən də sənət əsərlərinə bir növ töhfədir. Maqnit kilidlər sayəsində hissələrinin bir-birinə asanlıqla bərkidildiyi çərçivələri, həm də əlavə əldə edə biləcəyiniz rəngləri də mövcuddur.

Həmçinin, standart rənglərdən əlavə, 32” yeni modellərdə limon, açıq çəhrayı və platin rəngli çərçivələr təqdim edilib. Yuxarıda qeyd edilən yeni ölçülü modellə yanaşı, diaqonalı 75” olan televizor da artıq satışdadır.

Beləliklə, qeyd olunan televizor modelinin həndəsi formaları xüsusi divar bərkitməsi ilə tamamlanır. “The Frame”lə birlikdə satılan bu bərkitmə divarla cihaz arasında, demək olar ki, heç bir boşluq saxlamayaraq, “rəsm” konseptini tamamlayır. Beləliklə, televizoru əlavə kömək olmadan asanlıqla quraşdıraraq, asılı vəziyyətdə baxış bucağını tənzimləmək mümkündür. 

Eyni zamanda, “The Frame” (2020) komplektasiyasında “One Connect Box” olan yeni “Samsung” televizorlarından biridir. Bu qoşqu televizora birləşdirilən cihazların kabellərinin dolaşmasının və interyerin ümumi görünüşünün pozulmasının qarşısını almağa kömək edir. Beləliklə, bütün xarici cihazlar, rəf və ya dolab daxilində “gizlədə” biləcəyiniz xüsusi aparat blokuna qoşulur. “One Connect Box” özü isə daxilində həm də “The Frame”ə tələb olunan elektrik enerjisini ötürən kabeli olan, demək olar ki, gözəgörünməz yeganə kabellə televizora qoşulur.

Yuxarıda qeyd edildiyi kimi, “The Frame”i fərqləndirən xüsusiyyətlərdən biri də “Art Mode”dur. Bu rejimdə televizor sənət əsərlərini, rəsmləri, eləcə də sizin fotoşəkillərinizi nümayiş etdirə bilir. Beləliklə, televizordan istifadə etmədiyiniz vaxtlar, misal üçün, ekranda mənzərədən zövq ala bilərsiniz. Qeyd etmək lazımdır ki, istehsalçı 20 rəsm əsərini artıq yaddaşa əlavə edib, lakin “Samsung”un dünyanın bir sıra məşhur muzey və qalereyaları ilə əməkdaşlıq etdiyini nəzərə alaraq, istədiyiniz zaman zövqünüzə uyğun yeni əsərlər seçmək imkanınız var. Bunun üçün məşhur sənətkarların əsərlərindən öz rəsm kolleksiyalarınızı yarada biləcəyiniz “Art Store” tətbiqindən istifadə etməyiniz gərəkdir.

Bundan əlavə, “The Frame” məkanın işıqlandırılma şəraitini təhlil edərək, təsvir parlaqlığını və rəng tonunu maksimal dərəcədə canlı ifadə etmək üçün tənzimləyici işıq sensoru ilə təchiz edilib. İndi siz əsəri müəllifin nəzərdə tutduğu kimi seyr edə biləcəksiniz. Qeyd etmək lazımdır ki, bir milyard çalardan ibarət rəng palitrasını əks etdirməyə qadir olan kvant nöqtələrinin innovativ texnologiyasının köməyi ilə burada istənilən şəkil parlaq və rəngarəng görünəcək. Beləliklə, indi siz 100% rəng həcminin ötürülməsi sayəsində rəsmlərin ən kiçik detallarını belə seyr edə biləcəksiniz.

Unutmayın ki, “Samsung”un yeni televizoru təkcə incə dizayn elementi deyil, həm də 3840x2160 piksel görüntülü, “Dual LED” texnologiyası ilə təchiz edilmiş 4K ekrandır. Sözügedən, eyni anda iki diapazon işıq hərarətini (isti/soyuq) əks etdirə bilən bu ikili işıqlandırma texnologiyası sayəsində inanılmaz təzadlı, daha canlı rənglərin ötürülməsi təmin olunur.

Həmçinin üzərində mükəmməl, yüksək görüntülü məzmunu əks etdirməklə yanaşı, televizor istənilən siqnalı 4K keyfiyyətli görüntüyə yaxın təsvirə qədər yaxşılaşdırır. “Ağıllı” “Quantum 4K” prosessoru görüntüləri emal edərək, miqyaslaşdırır. Burada, süni zəka videonu təhlil edir, yayılmaları aradan qaldırır və hər səhnəni optimallaşdırmaq üçün yeni şəkil elementləri əlavə edərək, təsvir keyfiyyətini artırır.

Mükəmməl görüntü ilə birlikdə “The Frame” sizə həm də zəngin və həcmli səsləndirmə təqdim edir. Belə ki, quraşdırılmış 2.2 kanallı səs sisteminin ümumi gücü 40 Vt təşkil edir,  aktiv nitq gücləndiricisi isə videonun səsini təhlil edərək, ekranda ötürülən səhnədən asılı olaraq, onu optimallaşdırır. Beləliklə, məkan daxilində mövcud olan fon səs-küyündən asılı olmayaraq, siz daim diktorların səsini eşidəcək, filmin ən maraqlı məqamlarını isə qaçırmayacaqsınız.

“Samsung The Frame” televizorları haqqında əlavə məlumatı “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.az”, “Soliton”  və “Optimal” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri