18 
İyn
2020
20:07
50
601
7490
Virtual karabakh

Leyla Abdullayeva: “Vətəndaşlarımızın sərhədə toplaşması proseduru tezləşdirməyəcək” - VİDEO

18 İyn, 2020
20:07
7490

Leyla Abdullayeva: “Vətəndaşlarımızın sərhədə toplaşması proseduru tezləşdirməyəcək” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya ilə Azərbaycan prezidentləri arasında Rusiyadakı azərbaycanlıların ölkəyə qaytarılması istiqamətində danışıqlar olub”. 

Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində qərargahın təmsilçisi Leyla Abdullayeva deyib.

O bildirib ki, bu prosesdə “Evə gedirəm” portalında qeydiyyatdan keçmə ardıcıllığı da rol oynayır:

“Son bir ayda Rusiya Federasiyasından minə yaxın Azərbaycan vətəndaşları ölkəyə qaytarılıb. Dəfələrlə qeyd etmişik ki, “Evə gedirəm” portalından qeydiyyatdan keçsinlər. Vətəndaşların geri qaytarılması portalda qeydiyyatdan keçdikdən sonra tənzimlənən növbələr vasitəsilə həyata keçirilir.

Rusiyada yaşayan vətəndaşlarımız səbirli olmalıdır. Sərhədə yaxın ərazilərə gələrək, orada toplaşmaları bu proseduru tezləşdirməyəcək. Həm hava, həm quru yollarla vətəndaşların ölkəyə qaytarılması həyata keçirilir.

Bu prosesdə həssas qruplar da nəzərə alınır. Yəni əsasən, yaşlılar, qadın və uşaqlar nəzərə alınır. Azərbaycanın Rusiyadakı səfirliyi ilə tez-tez əlaqə saxlanılır. Vətəndaşlarımıza müraciət edirik ki, portaldan qeydiyyatdan keçdikdən sonra evlərində növbələrini gözləsinlər. Olduqları yerdə səbir nümayiş etdirsinlər, olduqları ölkələrin qanunlarına riayət etsinlər”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri