24 
İyn
2020
10:00
51
24
3727
Virtual karabakh

“Samsung”un təqdim etdiyi “The Serif” TV – heyrətamizlik təcəssümü

24 İyn, 2020
10:00
3727

“Samsung”un təqdim etdiyi “The Serif” TV – heyrətamizlik təcəssümü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Serif” TV sadəcə müasir televizor deyil, həm də istənilən interyerə zövq qatan və harmoniya yaradan sənət əsəridir. Fransanın məşhur mebel dizaynerləri - Burullek qardaşları ilə birlikdə ərsəyə gətirilən bu televizor istənilən məkanda inanılmaz ab-hava yaradır.

Televizorun gözə çarpan “I” profili adi formalardan istifadə edilərək, dəyirmi küncləri, aşağı və yuxarı kənarlarında kiçik çıxıntısı olan əsaslı çərçivədən hazırlanıb. Dizaynerlər qeyd edirlər ki, layihənin məqsədi texnologiyanın mebel dizaynı haqqında biliklərlə birləşdirildiyi bir obyekt yaratmaq və bu obyektin istənilən ətraf mühitdə təbii görünməsini təmin etməkdən ibarətdir.

Beləliklə, “The Serif” adi televizor olmaqla yanaşı, həm də interyerin funksional elementidir.

Sözügedən televizor, həqiqətən də, orijinal dizayna malikdir. Belə ki, bünövrəsinə yaxın hissədə “genişlənən” çərçivə dayaq rolunu da oynayır və bu səbəbdən, televizor hətta masa üzərində quraşdırıla bilər. Həmçinin, “Serif” kiçik rəf kimi istifadəyə uyğundur, buna misal olaraq, üzərinə çərçivələr və ya kiçik əşyalar düzülə bilər. Bundan əlavə, televizorun komplektasiyasına çıxarıla bilən və cihazı istənilən yerdə quraşdırmağa kömək edən metal dayaq daxildir. Orijinal TV-dayaq, hətta televizordan istifadə etmədiyiniz zaman onu göz oxşayan dekor elementinə çevirərək, məkana estetik gözəllik qatır.

Bundan əlavə, televizor dayağında mövcud olan “ağıllı” kabel yerləşdirmə sistemi dolaşıq naqil problemini də aradan qaldırır. Sözügedən xüsusi kabel kanalı və qalın parçadan hazırlanaraq, bütün qoşulmaları “gizlədib”, asanlıqla çıxarıla bilən “Serif”in arxa panelində "görünməz" qoşulma sistemi yaradır. Beləliklə, televizorun dizaynı yüksək incəliyi səciyyələndirərək, istənilən tərəfdən idealdır. Bununla yanaşı, “Serif” bir necə rəngdə mövcuddur ki, buna misal olaraq, istənilən interyerə uyğunlaşan neytral ağ və zərif göy rəngləri qeyd etmək olar. 

 

Sözügedən televizoru məhz sənət əsəri qismində qeyd etməyimiz təsadüfi deyil, belə ki, xüsusi rejimlər sayəsində “Serif”, həqiqətən də sənət möcüzələrinə çevrilir. Buna misal olaraq, “Ambient” rejimi televizordan istifadə etmədiyiniz zaman təsvir və ya faydalı məlumatları ekranda əks etdirməyə imkan yaradır. Beləliklə, “Serif” söndürüldükdə belə televizordan yeni istifadə imkanları yaradaraq, ötürücünün sadə “qara ekran” olmadığını sübut edir. Bundan əlavə, yeni “Ambient” rejimində Ronan və Ervan Burullek tərəfindən məxsusi “Serif” TV üçün yaradılan yarpaq və parça surətini təkrarlayan iki növ təsvir təqdim olunub.

Qeyd edilənlərlə yanaşı, “Serif” TV həm də QLED keyfiyyətli yüksək dəqiqliyə malik görüntü ötürməyə qadirdir. “Samsung”un təqdim etdiyi və burada istifadə olunan kvant nöqtə texnologiyası, təbii rənglərdən və 100% rəng həcmindən zövq almağa imkan verir. “Serif” HDR10+ geniş dinamik diapazonunu dəstəkləyir və süni zəka ilə təchiz edilmiş kvant prosessoru sayəsində istənilən siqnalı 4K keyfiyyətli görüntüyə yaxınlaşdırır.

 

Bundan başqa, adaptiv görüntü funksiyasının köməyilə televizor ətraf mühitin işıqlandırılma səviyyəsindən asılı olaraq, optimal parlaqlıq və təzadlıq parametrlərini tətbiq edir və görüntünü rahat seyr etmənizə imkan yaradır.

Əlavə olaraq, “Serif” TV daha bir maraqlı yeniliklə təchiz edilib. Belə ki, televizorun yuxarı hissəsi kiçik nişanlama ilə bəzədilib. Lakin bu “bəzək” qeyri-adi dizayn elementi deyil, ustalıqla “gizlədilmiş” NFC qoşulma nöqtəsidir. Belə ki, NFC qoşulmasını dəstəkləyən telefonu sadəcə “Serif” TV-nin yuxarı hissəsinə yerləşdirib, Bluetooth vasitəsilə televizorun dinamiklərinə qoşularaq, istifadə edə bilərsiniz.

“Samsung” “The Serif” televizorları haqqında əlavə məlumatı “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.az”, “Soliton” və “Optimal” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri