14 
İyl
2020
10:00
61
58
3489
Virtual karabakh

“Kontakt Home” “Bosch” brendinin Azərbaycandakı rəsmi distribüteri oldu

14 İyl, 2020
10:00
3489

“Kontakt Home” “Bosch” brendinin Azərbaycandakı rəsmi distribüteri oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elektronika və mebel satışı üzrə ölkənin ən aparıcı satış şəbəkələrindən olan “Kontakt Home” dünyaca məşhur “Bosch” brendinin Azərbaycandakı rəsmi distribüteri oldu.

“Sevindirir” sloqanı ilə bu yaxınlarda rebrendinq edən şəbəkə müxtəlif yeniliklərlə öz müştərilərini sevindirəcəyini artıq xəbər vermişdi. “Bosch” brendini də geniş portfoliosuna qatan “Kontakt Home” bu münasibətlə yeni sevindirən kampaniyaya başlayıb.

İndi “Kontakt Home”da “Bosch” məhsullarını ilkin ödənişsiz, faizsiz 18 ayadək hissə-hissə ödəniş şərtləriylə ala bilərsiniz. Eyni zamanda, müştəriləri nağd alış zamanı xüsusi endirimlər gözləyir.

Kampaniya çərçivəsində:

- 7 kq-lıq, A++ qənaət sinfinə aid Bosch paltaryuyanını ayda cəmi 55,6 manata;

- Ümumi həcmi 559 litr həcmi olan, 2 kameralı Nofrost Bosch soyuducusunu ayda cəmi 102,8 manata;

- Suya və enerjiyə qənaət edən, 12 dəstlik Bosch qabyuyanını ayda cəmi 66,7 manata;

- 1600Vt-lıq Bosch ətçəkənini ayda cəmi 13,9 manata;

- Tez və asan təmizlik üçün kompakt və güclü Bosch tozsoranını ayda cəmi 13,40 manata;

- Buxar nəmləndiricili  və 3-lü anti-ərp sistemli Bosch ütüsünü ayda cəmi 9,5 manata ala bilərsiniz.

Kampaniya bütün “Bosch” məhsullarına aiddir. Sərfəli şərtlərdən yararlanmaq üçün elə evdən telefon və ya kompyuterlə kontakt.az saytına daxil olub istədiyiniz “Bosch” məhsulunu xüsusi şərtlərlə sifariş edin. Sifarişiniz pulsuz, sürətli və təhlükəsiz şəkildə düz qapınızadək çatdırılacaq.

Qeyd edək ki, “Kontakt Home” mağazalarında “Bosch” məhsullarına 3 ilədək rəsmi zəmanət təqdim olunub.

Alman brendi olan “Bosch” bu gün böyük və kiçik məişət texnikası üzrə Avropada №1 brend hesab olunur və ölkəmizdə də məişət texnikası üzrə lider brendlərdən biridir. Soyuducular, qabyuyan və paltaryuyan maşınlar, sobalar və plitələr, həmçinin, müxtəlif mətbəx alətləri (ətçəkən, mətbəx kombaynı, şirəçəkən, tozsoran, ütü və s.) “Bosch” markası altında bütün dünyada satılır. Keyfiyyətə və texnoloji mükəmməlliyə doğru addımlamaq “Bosch” məhsullarının dizaynlarında da öz əksini tapıb.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri