28 
İyl
2020
15:29
64
108
4389
Virtual karabakh

“Azercell”in yeni 4G WiFi modemindən eyni zamanda 32 istifadəçi yararlana bilər!

28 İyl, 2020
15:29
4389

“Azercell”in yeni 4G WiFi modemindən eyni zamanda 32 istifadəçi yararlana bilər!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abunəçilərinin rahatlığını hər zaman prioritet hesab edən edən “Azercell Telekom” MMC, #Rəqəmsal Günlər çərçivəsində yeni kampaniyaya start verir.

Bu dəfə lider mobil operator müştərilərinə 4G WiFi modemini təqdim edir. Yeni modem eyni zamanda 32 istifadəçiyə internetdən yararlanmaq imkanı verərək, mobil telefon, planşet, televizor, kompüter və digər simsiz internetə qoşula bilən bütün cihazları yüksək sürətli mobil data xidmətləri və sabit siqnal ilə təmin edir.

Cihazın digər üstünlüyü isə əhatə radiusunun 150-200 metr olmasıdır ki, bu da öz növbəsində modem vasitəsilə uzaq məsafədən belə internetə qoşulmaq imkanı yaradır.

Kampaniya çərçivəsində abunəçilər 4G WiFi cihazı ilə yanaşı 1 ədəd DATA tarifində olan Fakturasız xətt nömrəyə və 1 aylıq 50 GB həcmində internetə də sahib olur . Yeni 4G WiFi cihazlarını cəmi 129 AZN ödəyərək “Azercell”in bütün Diler Ofislərindən əldə etmək mümkündür.

Qeyd edək ki, kampaniya yalnız fiziki şəxs olan abunəçilər üçün nəzərdə tutulub.  
Ətraflı məlumat üçün:

https://www.azercell.com/az/personal/campaigns/campaigns_internet/wifi_modem_50gb/ səhifəsinə daxil olun.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri