10 
Avq
2020
11:37
122
78
1836
Virtual karabakh

“Kontakt Home” mağazaları tam təhlükəsiz qaydada yenidən müştərilərinin xidmətinə açıldı

Elektronika və mebel satışı üzrə ölkənin ən böyük satış şəbəkələrindən olan “Kontakt Home” karantin rejiminin yumşaldılmasından sonra mağazalarının qapısını yenidən müştərilərinin üzünə açdı.

Həm müştərilərinin, həm də əməkdaşlarının sağlamlığının təmin olunması məqsədilə “Kontakt Home” bütün mağaza və inzibati binalarında virus və bakteriyalar əleyhinə yenidən dezinfeksiya işləri aparıb.

Karantin qaydalarına uyğun olaraq, mağaza personalı müştərilərə xüsusi qoruyucu maska və əlcəklərdə xidmət edir, əməkdaşların gündəlik olaraq temperaturu yoxlanılır, insanların sıx təmasda olduğu səthlər, vitrinlər mütəmadi olaraq təmizlənir. Həmçinin, mağaza və inzibati binaların girişləri spirt tərkibli antiseptik məhlullarla təmin edilib.

Qeyd edək ki, “Kontakt Home”un Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Masallı və Qəbələ daxil olmaqla, ümumilikdə 27 mağazası fəaliyyət göstərir. Bu gündən etibarən şəbəkə iki yeni: Bakıda Ukrayna dairəsi, Sumqayıtda 10-cu mikrorayon mağazaları ilə müştərilərini sevindirməkdə davam edəcək.

Mağazanın xidmətlərindən hələ də onlayn yararlanmaq istəyənlər elə evdən telefon və ya kompüterlə Kontakt.az saytına daxil olub, istədiyi məhsulu sifariş verə bilər. Sifarişlər pulsuz, sürətli və təhlükəsiz şəkildə düz qapınızadək çatdırılacaq.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri