10 
Avq
2020
13:44
51
21
1723
Virtual karabakh

“LegalAid” elektron hüquqi yardım mobil tətbiqi vətəndaşların istifadəsinə verildi

10 Avq, 2020
13:44
1723

“LegalAid” elektron hüquqi yardım mobil tətbiqi vətəndaşların istifadəsinə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günlərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və “LEGALAİD MMC”nin birgə tərəfdaşlığı əsasında “LegalAid” adlı elektron hüquqi yardım mobil tətbiq platforması yaradılıb və vətəndaşlarımızın istifadəsinə verilib.

Bu sahədə ixtisaslaşdırılmış mobil tətbiqə dünyada çox az rast gəlinir və ölkəmiz, demək olar ki, öncüllər sırasındadır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquq sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması ilə bağlı mütərəqqi islahatlar həyata keçirilməkdədir və bu sahədə innovasiyaların tətbiqi diqqət mərkəzindədir. Bu baxımdan, digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqi böyük əhəmiyyət kəsb edir.

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ölkədə vəkilliyin inkişafının yeni yol xəritəsi olmaqla, ötən dövr ərzində Sərəncamdan irəli gələn tövsiyələrin icrası istiqamətində xeyli iş görülüb. Həmin Sərəncamda vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsinin genişləndirilməsi Vəkillər Kollegiyasına tövsiyə olunub. Qeyd olunan tövsiyənin icrası çərçivəsində “LegalAid” elektron hüquqi yardım mobil tətbiqi mühüm rol oynayır.

Mobil tətbiq son dövrlərdə ölkəmizdə aparılan hərtərəfli islahatlar, rəqəmsal transformasiyanın daha bir nümunəsi olmaqla vətəndaşların vəkillərə müraciət imkanlarını genişləndirəcək və hüquqi yardıma əlçatanlığı artıracaq. Eyni zamanda, “LegalAid” proqram təminatı vətəndaş mərkəzli bir addım olmaqla vətəndaşların hüquqi yardım xidmətlərinə əlçatanlığını asanlaşdıracaq, onların resurslarına qənaət edəcək və vəkillər tərəfindən hüquqi yardım göstərilməsində səmərəliyi artıracaq.

Qeyd edək ki, bir müddət əvvəl bu barədə Azərbaycan Respublikası Vəkillər kollegiyasının sədri Anar Bağırov da açıqlama verib və yaxın dövrdə uzun müddət üzərində çalışılan bu proqram təminatının vətəndaşların istifadəsinə veriləcəyini bildirib.

Ən müasir texnoloji yeniliklərin tətbiq olunduğu “LegalAid” mobil tətbiqi “iOS” və “Android” əməliyyat sistemli bütün mobil qurğulara yüklənə bilər. Tətbiqi yükləmiş istifadəçilər mobil tətbiqdə qeydiyyatdan keçərək şəxsi kabinetini yaradıb 24/7 vəkillərdən hüquqi məsləhətlər əldə edə bilərlər.

Mobil tətbiqin asan axtarış sistemi vasitəsi ilə vətəndaşlar rahat şəkildə istədikləri sahə üzrə vəkil tapmaq, həmçinin hüquqla bağlı suallarına, problemlərinə cavab almaq fürsəti əldə edəcəklər. Hüquqi məsləhətlər onlayn-çat üzərindən həm yazılı, həm də şifahi formada verilir.

Mobil tətbiqin yaradılmasında əsas məqsəd vətəndaşların vəkilə çıxışında çevikliyi təmin etməklə onların əlavə vaxt itkisinin, məsrəflərinin qarşısını almaq, hüquqi yardımın effektivliyini artırmaq, həmçinin vəkillər tərəfindən vətəndaşlara zamandan və yerdən asılı olmayaraq daha sürətli və əlçatan hüquqi yardımın göstərilməsinin təmin olunmasıdır.

Digər tərəfdən, dünyada və ölkədə baş verən hazırki COVID-19 pandemiyası şəraitinə uyğun olaraq, bir sıra məhdudlaşdırmaların tətbiq olunması zamanı vətəndaşların vəkilə daha əlverişli çıxışı, həmçinin hüquqi yardıma əlçatanlığının təmin olunması baxımından da bu sahədə elektron hüquqi yardım mobil tətbiqinə böyük zərurət vardır.

Gələcəkdə mobil tətbiqin sistem imkanlarının və əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulub.

“LegalAid” mobil tətbiqini yükləmək üçün linklər:

“AppStore”: https://apps.apple.com/az/app/legalaid-az/id1510123698

“GoogleStore”: https://play.google.com/store/apps/details?id=az.legalaid.android&hl=en_US

Veb-sayt: https://app.legalaid.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri