23 
Avq
2020
02:52
43
143
15072
Virtual karabakh

Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ

23 Avq, 2020
02:52
15072

Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Simsiz qulaqlıqların əsas təhlükəsi insan beyninin yaxınlığında elektromaqnit dalğaları yaymasıdır.

“Praym”ın məlumatına görə, bu barədə Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin informatika kafedrasının dosenti Aleksandr Timofeyev bildirib.

Mütəxəssisin sözlərinə görə, bu, xüsusilə orijinal olmayan cihazlara aiddir. Onlar eşitmə və görmədə problemlər yarada bilir.

Bundan başqa, alimər simsiz qulaqlıqların xərçəng riski barədə dəfələrlə xəbərdarlıq ediblər.

Cihazın təhlükəsizliyini yoxlamaq üçün Timofeyev telefonu yerə qoymağı, ona qoşulan qulaqlıqlarla müəyyən məsafəyə uzaqlaşmağı təklif edir. Siqnal bir neçə metr məsafədə zəifləyirsə, deməli qulaqlıq təhlükəsizdir.

Mütəxəssisin sözlərinə görə, fərqli ölkələrin standartları müxtəlif radiasiya səviyyəsinə malik cihazların sertifikatlaşdırılmasını nəzərdə tutur.

Eyni zamanda, “Bluetooth” texnologiyaları etibarlı sayılır, buna görə də bütün dünyada geniş tətbiq olunur.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri