16 
Sen
2020
09:54
22
23
552
Virtual karabakh

“Digital Youth Hub-20” layihəsi başa çatıb - FOTO

15 sentyabr tarixində “Digital Youth Hub – 2020” layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Kibrit Tech MMC” tərəfindən təşkil olunan və üç ay davam edən layihə ərzində IT sahəsi ilə bağlı peşəkarlar tərəfindən təlimlər keçirilib. İştirakçılar bu sahə üzrə özəl və dövlət sektorunun tələblərinə uyğun şəkildə yetişdirilib. 

Layihənin yekun tədbirində layihə iştirakçıları, təlimçilər, təşkilat nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, layihədə iştirak üçün 200-dən artıq müraciət daxil olub və onlar arasından 80 potensiallı gənc seçilərək müsahibənin ilkin mərhələsinə dəvət edilib. İlkin mərhələdən uğurla keçən 48 nəfər gənc layihə iştirakçısına çevrilib və layihə ərzində onlara 20 təlim keçirilib.

Təlimlər “Operating systems”, “Proqramlaşdırmaya giriş və alqoritmlər”, “Data structure”, “Databases”, “Java Basics”, “OOP”, “Design Patterns and Solid”, “Java fundamentals”, və s. mövzuları əhatə edib. Daha sonra proqramı tamamlamış 14 gənc dövlət və özəl qurumlarda iki həftə təcrübə prosesində iştirak edərək qazandıqları nəzəri bilikləri real iş mühitində tətbiq edərək prosesin birbaşa iştirakçısına çevriliblər.

Nəzəri və praktiki cəhətdən “Junior Java Developer” sahəsinin bütün sirlərinə yiyələnən iştirakçılar bağlanış mərasimində sertifikat və hədiyyələrlə təltif olunublar.

Məlumat üçün qeyd edək ki, gənclər üçün nəzərdə tutulmuş uzunmüddətli təlim və təcrübə proqramı olan “Digital Youth Hub” layihəsi ikinci dəfə keçirilir. Layihənin ilk mövzusu “Digital Marketing”ə həsr olunub. Bu layihənin əsas məqsədi qeyri-formal təhsil forması ilə müasir tələblərə cavab verən kadrlar yetişdirmək, gəncləri rəqəmsal bilik və bacarıqlara yiyələndirməkdir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri