16 
Sen
2020
16:46
33
84
1868
Virtual karabakh

“Samsung” smartfon və ya planşet əldə et, “Azercell”dən 1 il boyunca 1GB internet hədiyyə qazan!

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyən “Azercell Telekom” MMC müasir həyatın ayrılmaz hissəsinə çevrilən rəqəmsal xidmətləri və ən son model smartfonları daha da əlçatan edir. Ölkənin lider mobil operatoru “Azercell”, dünya bazarında keyfiyyət və etibarlılığı ilə seçilən “Samsung” şirkəti ilə birgə yeni kampaniyaya start verir. Sentyabr ayının 15-dən etibarən “Azercell” ailəsinə yeni qoşulan hər bir abunəçi “Samsung” brendinə məxsus istənilən model smartfon və ya planşet əldə edərək 1 il boyunca aylıq 1 GB internet hədiyyə qazanır. 

Kampaniyadan yararlanmaq üçün oktyabr ayının 30-dək “Azercell” diler və Eksklüziv mağazalarına yaxınlaşaraq, yeni “Azercell” nömrəsi ilə birgə müasir dizayna malik çoxfunksiyalı “Samsung” cihazlarından birini əldə etmək kifayətdir.

Bu payız “Azercell” ilə xatirələrinizi internetə pul xərcləmədən bölüşün!

Kampaniya haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/samsung_kampaniyasi/ səhifəsinə keçid etməyiniz xahiş olunur. 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell” Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib.

“Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. “Azercell” nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib. 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri