29 
Sen
2020
10:00
54
239
2015
Virtual karabakh

“Samsung”dan təmizliyin üçqat gücü - Mikrob və bakteriyalara qalib gələn güc

Təmizlik və səliqə-səhman məsələləri dövrümüzdə daha çox aktualdır. Belə ki, COVID-19 pandemiyası zamanı karantin rejimi dövründə ən vacib qayda məhz təmizlik və gigiyenaya riayət etmək idi. Hər birimiz özümüzü və yaxınlarımızı pandemiyanın fəsadlarından qorumağa çalışaraq antiseptiklərdən istifadə edir, evdən kənar geyindiyimiz paltarları evə gəldikdə mütləq yuyur və ən əsası evimizin təmizliyinə daha çox diqqət yetiririk. Bu səbəbdən, pandemiya ilə mübarizəyə verdiyi töhfənin bir hissəsi olaraq “Samsung” evinizin səliqəli və təmiz olması üçün ağıllı texnologiya və müasir həllər təklif edir.

Beləliklə, “Samsung Qdrive” paltaryuyan maşınları çöl geyimlərinizi evə gəldikdə tez bir zamanda yuyub, təmizləməyə kömək edəcək. Burada, yuma barabanının ikili fırlanma prosesi üzərindən işləməsi sayəsində, maşın yuma müddətini demək olar ki, yarıya endirir. Belə ki, əsas baraban bir istiqamətdə, arxa divar isə digər istiqamətdə fırlanır. “Qdrive”, xüsusi “Eco Bubble” generatoru sayəsində ən çətin ləkələrin belə inanılmaz mükəmməlliklə öhdəsindən gəlir.

Paltaryuyan istənilən yuyucu vasitəni, parça liflərinə dərindən nüfuz edən aktiv köpüyə çevirərək təmizliyi təmin edir. Sözügedən paltaryuyan maşınının vacib üstünlüklərindən biri də buxarla təmizləmə funksiyasıdır. “Hygiene Steam” adlanan bu rejim çamaşırların tam gigiyenik təmizlənməsini təmin edir. Xüsusi “Samsung” dizaynı sayəsində barabanın altından püskürdülən buxar, qısa zaman çərçivəsində maksimum sayda geyimi əhatə edir. Parçanın dərininə nüfuz edərək, buxar allergenlərin və bakteriyanın demək olar ki, 99.9 faizini məhv edir ki, bu da “Intertek” şirkəti tərəfindən aparılan araşdırmalarla təsdiqlənib. Beləliklə, yuma prosesi tamamlandıqdan sonra siz mükəmməl dərəcədə təmiz geyimlər əldə edirsiniz.

Gündəlik əşyaların yuyulmasının mümkün olmadığı və ya sadəcə buna vaxtınız olmadığı hallarda, “Samsung” qarderobunuzda təmizlik və səliqənin qorunub saxlanması üçün müasir və unikal bir həll təklif edir – “AirDresser” buxar şkafı. Yuma nə qədər incə olsa da, mexaniki təsir və yuyucu vasitələr parça quruluşunu tədricən zədələyir və geyim rəngini itirir. Buna görə də, bahalı bir kostyumu və ya ipək bluzu heç kim hər gün yumağa razı olmaz, lakin məhz bu geyimlər ofis qarderobumuzun əsasını təşkil edir. Həmçinin, havaların soyuması ilə yavaş-yavaş aktuallaşan gödəkçə və ya paltonu, hər gün yumaq və ya quru təmizləməyə vermək vaxt və pul itkisidir. Beləliklə, “AirDresser”, modern içliyə sahib olan xüsusi dolab-kabinədir. Belə ki, dolabın üstündə, Air “Hangers” adlanan xüsusi asqılar yerləşdirilib ki, asqıların üzərində quraşdırılmış dəliklər, isti buxarın paylanmasına kömək edir. Bu dəliklər sayəsində geyim tam şəkildə buxara verilərək, mexaniki təsir və ya titrəmə olmadan toz və çirk hissəciklərindən təmizlənir. Buxar şkafının qapısında isə, xüsusi asqılar nəzərdə tutulub ki, burada buna misal olaraq, kəmər və qalstuk kimi hər cür aksessuar yerləşdirilə bilər.

Əlavə olaraq, dolabın arxa divarına tütün, qida və tər kimi qoxuların aradan qaldırılması üçün xüsusi deodorasiya filtri quraşdırılmışdır. “AirDresser”in aşağı hissəsi isə narın tük filtri və biri təmiz su, digəri tullantı sularını boşaltması üçün nəzərdə tutulan iki konteyner ilə təchiz olunub.

Burada, “Jet Steam” texnologiyası, güclü buxar axınlarından istifadə edərək parçaların effektiv təmizlənməsinə imkan yaradır. Buxar parça toxumalarına dərindən nüfuz edərək virus və bakteriyaların 99.9 faizini məhv etməyə kömək edir. Bu hal Koreya Universitetinin laboratoriyasında keçirilən test nəticələri ilə də sübut olunub.  

Beləliklə, əllərinizi tez-tez sabunla yuyaraq öz qeydinizə qalırsınız, “Samsung Qdrive” və “AirDresser” qarderobunuzun gigiyenasına nəzarət etməyə kömək edir, evinizin təmizliyini isə istifadəsi asan və portativ tozsoran - “Samsung POWERStick Jet”ə həvalə edin. “Əl tozsoranı” ev təmizliyinə sərf etdiyiniz zamanı azaldaraq səliqə-səhman yaratmağa kömək edir.

Tozsoranın sovurma gücünü təmizlədiyiniz səth və ya çirklənmə dərəcəsindən asılı olaraq tənzimləyə bilərsiniz. Belə ki, maksimal  güc qalın xalçaların, minimal isə pərdələr kimi incə materialların təmizlənməsində istifadə oluna bilər. Yüksək işləmə gücü və funksional aksessuar dəsti, ən kiçik toz hissəciklərindən belə qurtulmanıza imkan yaradan yüksək keyfiyyətli təmizlənməni təmin edir. Qeyd etmək lazımdır ki, məkan daxilində hava keyfiyyəti təmizlik zamanı dəyişməz olaraq qalır, belə ki, hava axını çıxışda beşqat filtrasiya sistemindən keçir. Tozsoranda istifadə olunan beş pilləli HEPA filtrasiya sistemi, hətta 0,3-10 mikron ölçülü kiçik toz hissəciklərini və allergenləri 99,999 faizə qədər təmizləyir. Əsas siklon və filtrin metal toru da, öz növbəsində daha böyük hissəcikləri toplayır. Beləliklə, hava axını otağa qayıdarkən, filtrlərdən keçərək təmizlənir.

Sizin və yaxınlarınızın qayğısını “Samsung”un təqdim etdiyi üçlü təmizlik gücünə həvalə edin!
“Samsung” məhsulları haqqında əlavə məlumatları “Baku Electronics”, “Irşad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton”, “Optimal” və “World-Telecom” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri