13 
Okt
2020
14:23
786
30
4252
Virtual karabakh

Güc birlikdədir! - “Texnomart”dan nümunəvi addım

13 Okt, 2020
14:23
4252

Güc birlikdədir! - “Texnomart”dan nümunəvi addım

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəhidin başqa borcu ola bilməz.

“Texnomart” mağazalar şəbəkəsi Vətən uğrunda Şəhid olmuş şəxslərin kredit borclarını sildi.

Bundan əlavə, hazırda hərbi çağırış üzrə Vətənə şərəflə xidmət edən şəxslərin borcları isə dondurulub.

Qeyd edək ki, bu “Texnomart” mağazalar şəbəkəsinin atdığı təqdirə layiq ilk addım deyil. Daha əvvəl şirkət pandemiya ilə bağlı aprel ayında da kredit ödənişlərinə bir aylıq fasilə verdiyini elan etmişdi.

Vətənin müdafiəsi uğrunda atılan addımlar təkcə bununla bitmir. “Texnomart” mağazalar şəbəkəsi əlavə olaraq aylıq dövriyyəsinin bir qismini Silahlı Qüvvələrə Yardım Fonduna ianə edəcək.

Biz birlikdə güclüyük!

Qeyd edək ki, “Texnomart” mağazalar şəbəkəsi Türkiyənin məşhur markası olan “Arçelik” məhsulları ilə yanaşı, “Arnica”, “Supra” “Samsung”, “İndesit”, “Hotpoint”, “HITACHI”, “Bosch”, “Siemens”, “Tefal”, “Scarlett” və başqa dünya brendlərinin geniş çeşiddə mobil telefon, televizor və digər elektronika məhsulları və məişət avadanlıqların həm birdəfəlik, həm də hissə-hissə ödəmə şərtləri ilə təklif edir.

Bakıda altı, bölgələrdə isə 26 mağaza olmaqla, geniş əraziyə yayılan “Texnomart” sərfəli satış şərtləri ilə müştərilərin xidmətindədir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri