Noy
2020
14:27
168
115
4247
Virtual karabakh

“Azercell” “iPhone12” və “iPhone12 Pro” alan abunəçilərə üç ay boyunca 50 GB internet hədiyyə edir!

6 Noy, 2020
14:27
4247

“Azercell” “iPhone12” və “iPhone12 Pro” alan abunəçilərə üç ay boyunca 50 GB internet hədiyyə edir!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada ən güclü performansa malik “iPhone12” və “iPhone12 Pro” telefonları “Azercell” Eksklüziv mağazalarında artıq satışda! “Azercell” ənənəvi olaraq “iPhone” pərəstişkalarını diqqət mərkəzində saxlayır və internetin inanılmaz sürətini “Apple” brendinin yeni nəsil telefonları vasitəsilə ölkənin ən yüksək keyfiyyətli 4G şəbəkəsində hiss etmək imkanı yaradır.

Lider mobil operator “Azercell” Eksklüziv mağazalarından “iPhone12” və “iPhone12 Pro” smartfonlarını əldə edən hər bir abunəçiyə üç ay ərzində 50 GB həcmində internet paketi hədiyyə edir.

Xatırladaq ki, ölkənin rəqəmsal həllər təqdim edən mobil operatoru “Azercell Telekom” MMC, həm də Azərbaycanda “Apple” şirkətinin yeganə rəsmi telekom tərəfdaşıdır. Ən qabaqcıl texnologiyaları və istifadə rahatlığını özündə birləşdirən “iPhone” telefonları bu dəfə A14 çipi, LiDAR skaneri, genişləndirilmış funsionallığı və daha böyük ekranı ilə gündəmə gəlib.

Yeni “iPhone” smartfonlarının açdığı sərhədsiz imkanları “Azercell” ilə kəşf edin!

Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/devices/iPhone12Pro səhifəsinə keçid etməniz xahiş olunur.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir.

Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell” Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s.

Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

“Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. “Azercell” nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri