12 
Noy
2020
11:05
287
16
4714
Virtual karabakh

“Azercell” ödənişləri yenidən “MilliÖN”də

12 Noy, 2020
11:05
4714

“Azercell” ödənişləri yenidən “MilliÖN”də

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkənin ən böyük ödəniş terminalları şəbəkəsi olan “MilliÖN” yenidən “Azercell” ödənişlərini  qəbul edəcək.

Çoxsaylı müştəri müraciətlərini nəzərə alaraq, artıq “Azercell” ödənişləri MilliÖN-də bərpa edildi.

Belə ki, istifadəçilər həm MilliÖN terminallarında, həm də mobil tətbiqdə rahatlıqla ödənişləri yenidən həyata keçirə biləcəklər.

Keçid üçün link: https://www.million.az/

Məlumat üçün bildiririk ki, bir neçə ay əvvələdək “Azercell” ödənişlərini MilliÖN ödəniş sistemi ilə həyata keçirmək mümkün idi. Qısa müddətli fasilədən sonra yenidən “Azercell” ödənişləri MilliÖN-də tətbiq edilir.

Hazırda 3000-nə yaxın  ödəniş terminalı və mobil tətbiqi ilə fəaliyyət göstərən maliyyə texnologiyası şirkəti olan “Komtec” MMC öz fəaliyyətinə 2008-ci ildə başlamışdır.

Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.Million.az saytından, *0010 zəng mərkəzindən və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri