12 
Noy
2020
16:47
37
161
3257
Virtual karabakh

“Google” şəkillərlə bağlı xidmətin vacib və populyar funksiyanı dayandırır

12 Noy, 2020
16:47
3257

“Google” şəkillərlə bağlı xidmətin vacib və populyar funksiyanı dayandırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin iyunun 1-dən etibarən “Google” “Foto” xidmətində məhdudiyyətsiz foto və video yaddaşını bağlayacaq.

“RİA Novosti”nin xəbərinə görə, bu barədə şirkətin nümayəndələri məlumat verib.

Xidmət istifadəyə verildikdə “Google” onu bir çox qrafika üçün məhdudiyyətsiz yaddaş kimi təqdim etmişdi. Bir Android əməliyyat sistemi olan cihaz sahibləri tərəfindən bu xidmət böyük populyarlıqla istifadə olunurdu.

Göstərilən tarixdən etibarən şəkillər və videolar “bulud disk”in ümumi ölçüsündə olacaq (bu, standart olaraq 15 GB-dır). İstifadəçiyə bu kifayət etməsə, ona Diskdə əlavə sahə təklif ediləcək.

“Google” 2021-ci ilin iyun ayından əvvəl yüklənən şəkillərin yeni sistemdə sayılmayacağını vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri