16 
Noy
2020
11:55
53
124
5457
Virtual karabakh

Ən güclü və kompakt “iPhone” üçün inanılmaz təklif

20 noyabrdan Azərbaycanda Apple-ın yeni flaqman xəttinin ən kompakt və sərfəli smartfonu olan “iPhone 12 mini”nin satışları başlayacaq.

Bu model haqqında nə bilməliyik? Kompakt ölçünün içində nə gizlənir? Qiyməti nə qədər olacaq? Bu sualları materialda cavablandırırıq.

Kiçik ölçülü smartfon həvəskarları üçün stil ikonası olan “iPhone 12 mini” təqdimatından dərhal sonra dünyada milyonlarla “Apple” pərəstişkarının arzusuna çevrildi. Və bu təəccüblü deyil, çünki bu gün mobil bazarında bu qədər kompakt korpusda top xüsusiyyətləri birləşdirən yeganə smartfon modelidir. “iPhone 12 mini”, “böyük model” “iPhone 12” ilə bacarıqları eynidir, lakin daha kiçikdir, ələ mükəmməl oturur və istənilən cibə asanlıqla yerləşir.

“iPhone 12 mini” 5.4 düymlük OLED ekrana sahibdir ki, dərin qara rəng, yüksək detallar və bütün işıqlandırma şəraitində kontrast rənglərlə sizi heyrətləndirəcək. Yeni zərif dizayn yuvarlaq kənarları təmiz düz xəttlər və yeni texnologiyalarla əvəz edir. Smartfonun korpusu alüminiumdan hazırlanıb və ön panel telefon düşdükdə ekranı zərərdən dörd dəfə daha yaxşı qoruyur.

Əsas kamerada 12MP geniş və ultra geniş kənarlı obyektivləri olan 2 modulu var. Yeni kamera, gecə və gündüz mükəmməl foto və video çəkilişləri üçün daha çox işıq tutmağı bacarır.

Yeni “iPhone 12 mini”nin gücü və performansı inanılmaz hesablama fotoqrafiyası, oyun konsolu səviyyəsində oyun prosesi keyfiyyətli və əla avtonomluqu ilə A14 Bionic çipseti ilə təchiz edilmişdir.
 
“iPhone 12 mini” 4 GB operativ yaddaşa sahibdir. Batareya tutumu 15 saatlıq video izləmə və 50 saatlıq audio dinləmə üçün kifayətdir“iPhone 12 mini”, 30 dəqiqəyədək 6 metr dərinlikdə suya davamlıdır və təsadüfən üzərinə qəhvə və ya qazlı su töksəniz ona ziyan dəyməyəcək.

Keçək əsas məsələyə! 

“iPhone 12 mini” rəsmi resellerlərdən alındıqda qiyməti 1969 AZN-dən başlayacaq.

“Apple”ın avtorizə olunmuş mağazalarında yeni məhsulu sərfəli qiymətə almaq üçün tələsin:
Şəhərinizdəki “Alma Store”, “Kontakt Home”, “MyShops”, “World Telecom”, “Azercell” mağazalarında. Mallın miqdarı məhduddur.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri