20 
Noy
2020
11:00
423
7
1365
Virtual karabakh

Güc birlikdədir

Gücümüz birliyimizdədir. Mənfur düşmənlə arxa cəbhədə döyüşən, zərərçəkən bütün vətəndaşlarımızın yanında olmaq hamımızın borcudur.

Oktyabrın 13-də “Texnomart” şirkəti “Güc Birlikdədir” adlı kampaniyasına start verdi. Belə ki, “Texnomart” mağazalar şəbəkəsi Vətən uğrunda şəhid olmuş şəxslərin kredit borclarını sildi və hərbi çağırış üzrə Vətənə şərəflə xidmət edən şəxslərin borclarını dondurdu.

Aylıq dövriyyəsinin bir qismini Vətənə və orduya ianə edəcəyini irəli sürən “Texnomart” keçən ayın dövriyyəsini həssas qruplar üçün ayırdı. Bu ay həmin yardımlar 100 qida qutusu və 50 tibbi ləvazimat qutusu şəklində Bərdə və Tərtər rayonların üzrə paylaşdırılacaq.

Qeyd edək ki, bu “Texnomart” mağazalar şəbəkəsinin atdığı təqdirəlayiq ilk addım deyil. Daha əvvəl şirkət pandemiya ilə bağlı aprel ayında da kredit ödənişlərinə bir aylıq fasilə verdiyini elan etmişdi.

Birimiz hamımız üçün! Güc birlikdədir.

Qeyd edək ki, “Texnomart” mağazalar şəbəkəsi “Arçelik”, “Arnica” və “Supra” markaları ilə yanaşı, bir çox dünya markalarının: “Samsung”, “Bosch”, “Scarlett”, “İndesit”, “Tefal”, “Siemens”, “Philips”, “Stinol”, “Hotpoint Ariston”, “LG” və sair mallarının satışını həyata keçirir.

Geniş çeşiddə mobil telefon, televizor və digər elektronika məhsulları və məişət avadanlıqların həm birdəfəlik, həm də hissə-hissə ödəmə şərtləri ilə təklif edilir. Bakıda yeddi, bölgələrdə isə 29 mağaza olmaqla, geniş əraziyə yayılan “Texnomart” sərfəli satış şərtləri ilə hər zaman müştərilərin xidmətindədir.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri