20 
Noy
2020
11:21
153
5
2440
Virtual karabakh

Artıq “Asan İmza” SİM kartını SMS vasitəsilə uzatmaq mümkündür

20 Noy, 2020
11:21
2440

Artıq “Asan İmza” SİM kartını SMS vasitəsilə uzatmaq mümkündür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün dünyanın böyük bir hissəsinin uzaq məsafədən işlədiyi bir vaxtda elektron xidmətlərdən  istifadənin sadələşdirilməsi vətəndaşlarımız üçün xüsusilə vacibdir.

“Asan İmza” mobil elektron imzanın texniki operatoru və Rəqəmsal Ticarət Qovşağının partnyoru “B.EST Solutions” ilə birlikdə ölkədə aparıcı mobil operator olan “Azercell Telekom” MMC tərəfindən “Asan İmza” gücləndirilmiş mobil elektron imza sahiblərinə daha bir yenilik təqdim edilib.

Bu həftədən etibarən “Azercell Telekom” MMC mobil operator şəbəkəsinin abunəçiləri olan “Asan İmza” mobil elektron imza istifadəçiləri mobil operatorun Müştəri Xidmətləri Mərkəzlərinə getmədən “Asan İmza” xidmətli SİM kartın müddətini SMS vasitəsilə uzada biləcəklər.

Unutmaq lazım deyil ki, “Asan İmza” xidmətli SİM kartın SMS vasitəsilə uzadılması kifayət etmir, istifadəçilərdən eyni zamanda vergi ödəyicisinin e-taxes.gov.az vahid İnternet portalında onlayn şəkildə “Asan İmza” sertifikatlarının müddətinin bitməsinə 30 gün qalmış “Asan İmza” sertifikatlarını növbəti üç il müddətinə uzatmaq tələb olunur. 

“Asan İmza” sertifikatının etibarlılıq müddəti bitdikdən sonra onun onlayn rejimdə uzadılması mümkün olmayacaq və istifadəçi sertifikatı yeniləmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzdində Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) fiziki olaraq müraciət etməli olacaq.

Beləliklə, mövcud SİM kartda “Asan İmza” xidmətini növbəti üç il müddətinə uzatmaq üçün vətəndaşlardan “8500” qısa nömrəsinə aşağıdakı açar sözlərdən birini qeyd edərək, SMS göndərmək tələb olunur:

“ferdi” - fiziki şəxslər üçün; 

“biznes” - hüquqi şəxslər və sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər üçün;

“dovlet” - dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün.

“Asan İmza” xidmətinin etibarlılıq müddəti haqqında məlumat əldə etmək üçün “8500” qısa nömrəsinə “status” açar sözünü SMS vasitəsilə göndərmək lazımdır.

Xidmətin müddətinin SMS vasitəsilə uzadılması ilə bağlı “İstifadəçi Təlimatı” ilə bu link https://www.azercell.com/media/html/files/SMS%20vasitesi%20ile%20uzadilma.pdf vasitəsilə ətraflı tanış olmaq mümkündür.

Vətəndaşlar “1847” – “Asan İmza” Çağrı Mərkəzinə zəng etməklə və ya [email protected] elektron poçt ünvanına məktub yazmaqla “Asan İmza” ilə bağlı suallarına cavab ala bilərlər. 

“Asan İmza” haqqında: “Asan İmza” mobil identitet həllinin mobilliliyi və istifadəsinin asan olması bu məhsulun vətəndaşlar və iş adamları arasında populyarlığını artırır və onu mobil dövlətin əsas tərkib hissəsinə çevirir.

Hazırda dövlət və özəl qurumların 1000-dən çox elektron xidmətlər sistemində “Asan İmza”dan istifadə edilir. “Asan İmza” müxtəlif dövlət və özəl qurumların çağrı mərkəzlərinə inteqrasiya olunub və bu gün onun köməyilə elektron vergi bəyannamələri, gömrük bəyannamələri təqdim edilir, əmək müqaviləsi bildirişlərinin qeydiyyatı, bank hesablarının uzaq məsafədən açılması, abituriyentlərin onlayn qeydiyyatı və s. həyata keçirilir.

Daha ətraflı məlumatı http://www.asanimza.az saytından əldə edə bilərsiniz.

“B.EST Solutions” şirkəti haqqında:

Şirkətin rəqəmsal həlləri Birləşmiş Millətlər Təşkilatı, Google, Financial Times, AB, OECD, ABŞ Dövlət Departamenti və Milli Standartlar və Texnologiyalar İnstitutu kimi qlobal təşkilatlar tərəfindən tanınıb. Müştərilərimiz transmilli korporasiyalar, böyük banklar, mobil operatorlar və sığorta şirkətləri, eləcə də, beynəlxalq təşkilatlar və bir çox digər müştərilərdir.

Daha ətraflı məlumatı https://bestsolutions.ee/ saytından əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri