25 
Noy
2020
07:40
23
127
2788
Virtual karabakh

“Snapchat”da “TikTok”a bənzər yenilik

25 Noy, 2020
07:40
2788

“Snapchat”da “TikTok”a bənzər yenilik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Snapchat” messencerinə sahib olan “Snap” şirkəti qısa video paylaşma xidməti olan “TikTok”un oxşarı “Spotlight”ı istifadəyə verdiyini elan edib.

Bu barədə şirkətin saytında məlumat verilir.

“Snap” ən populyar videoların yaradıcılarına gündə ümumilikdə 1 milyon dollar ödəmə vəd edib. Ödənişlər unikal baxışların sayından asılı olacaq. Videolar üçün pul almaq imkanı 2020-ci ilin sonunadək aktual olacaq. Ödənişi almaq üçün “Spotlight”da video orijinal, şaquli olmalı, 60 saniyəyə qədər çəkməli, “Snapchat” veb-saytında təsdiqlənməlidir. İstifadəçilər filtrləri və effektləri tətbiq edə və “Snapchat” kitabxanasından qısa videolara musiqi əlavə edə bilərlər.

Yeni funksiya artıq ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya, İrlandiya, Norveç, İsveç, Danimarka, Almaniya və Fransada mövcuddur. Şirkətdən bildirilib ki, yaxın vaxtlarda funksiya digər dövlətlərdə də mövcud olcaq.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri