10 
Dek
2020
08:58
65
22
4658
Virtual karabakh

2020-ci ilin ən populyar tviti məlum oldu - FOTO

10 Dek, 2020
08:58
4658

2020-ci ilin ən populyar tviti məlum oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qara bəbir” filmi ilə geniş ictimaiyyət tərəfindən tanınan aktyor Çedvik Bouzmanın “Twitter” hesabında ölümünə dair yazı 2020-ci ildə ən çox repost olunan ismarıc olub.

Bu barədə “Variety” xəbər yayıb.

9 dekabr tarixinə qədər sözügedən paylaşım 2,4 milyon dəfə retvit olub.

Bundan əlavə, sosial şəbəkə istifadəçiləri ondan 924,6 min dəfə sitat gətirib, həmçinin 165 min şərh yazıblar və 7,5 milyon dəfə bəyəniblər.

“Twitter”də ikinci yerdə bu ilin yanvarında helikopter qəzasında həyatını itirən basketbolçu Kobe Brayantın ölümü barədə mesaj olub.

Siyahının üçüncü sətrində ABŞ-ın keçmiş prezidenti Barak Obamanın bu idmançının vəfatı ilə əlaqədar başsağlığı verən ismarıcı qərarlaşıb.

Yeri gəlmişkən xatırladaq ki, noyabrın 8-də Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad edilməsini elan etdikdən sonra, “Twitter” platformasında #ŞUŞA açar sözü dünya üzrə, #Shusha açar sözü isə ABŞ və Almaniya üzrə trenddə birinci olub.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri