18 
Dek
2020
12:44
128
61
3945
Virtual karabakh

“Kontakt Home” Yeni İl ərəfəsində Onlayn Satış komandasını 10 dəfə böyütdü - VİDEO

18 Dek, 2020
12:44
3945

“Kontakt Home” Yeni İl ərəfəsində Onlayn Satış komandasını 10 dəfə böyütdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mağazalar bağlıdır, Yeni İl hədiyyələrini necə alacam? Görəsən, onlayn sifariş versəm, evimə gətirərlər? Onlayn sifarişləri nə qədər vaxta çatdırırlar?

Bu suallar sizi qayğılandırmasın! Çünki “Kontakt Home” sizin üçün hər şeyi düşünüb və məhz Yeni il ərəfəsində müştərilərin rahat alış-verişi üçün Onlayn Satış komandasının tərkibini 10 dəfə böyüdüb.

Əlavə əməkdaşlar həm *6060 – Çağrı Mərkəzinə, həm Onlayn Kredit şöbəsinə, həm də Çatdırılma xidmətinə cəlb olunub. Bununla “Kontakt Home” Yeni İldə də müştərilərə operativ xidmət göstərmək üçün çalışır.

Satışları 7/24 fəaliyyət göstərən kontakt.az – onlayn mağazası vasitəsilə həyata keçirən “Kontakt Home” sürətli çatdırılmanı təmin etmək üçün ünvanlara yük avtomobillərindən əlavə, mopedli kuryerlər də yollayır. Müştərilər ödənişsiz 24 SAAT ƏRZİNDƏ və ya əlavə ödənişlə EKSPRESS çatdırılma xidmətlərindən faydalana bilər.

24 SAAT ƏRZİNDƏ – adından da göründüyü kimi, sifarişin təsdiqindən sonra 24 saat ərzində həyata keçirilir və tam ödənişsizdir. “Kontakt Home” hətta 24 saat ərzində çatdırılmayan sifarişlərə mövcud endirimlərdən əlavə 5% endirim də təklif edir.

EKSPRESS ÇATDIRILMA – sifarişini təcili əldə etmək istəyən müştərilər əlavə 19.99 AZN ödəniş edərək məhsulunu 3 saat ərzində əldə edə bilər. Əgər Ekpress çatdırılmada gecikmə olarsa, “Kontakt Home” xidmət üçün ödədiyiniz məbləği sizə geri qaytarır.

Yeni İl qabağı çatdırılma xidmətinin yükləndiyini nəzərə alaraq, hədiyyənizi vaxtında almaqçün sifarişinizi indidən verməyinizi tövsiyə edirik.

Qeyd edək ki, çatdırılma təkcə Bakı deyil, həmçinin Abşeron, Sumqayıt, Gəncə (Samux, Goranboy, Daşkəsən, Şəmkir, Mingəçevir, Göygöl, Naftalan, Yevlax), Qəbələ (Şəki, Oğuz, Ağdaş, Göyçay, İsmayıllı) və Masallı (Cəlilabad, Yardımlı, Lerik, Lənkəran, Astara) rayonları daxilində də keçərlidir.

Yeri gəlmişkən, “Kontakt Home”da Yeni İl münasibətilə hər növ məhsula nağd alışda 50%-dək endirim kampaniyası davam edir. Smartfondan televizora, məişət texnikasından gözəllik məhsullarına, mebeldən tekstilə qədər arzuladığınız məhsulu bir kliklə kontakt.az saytından sifariş edin, hədiyyəniz qapınıza gəlsin!

Onlayn sifariş prosesi ilə aşağıdakı videodan tanış ola bilərsiniz:

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri