Yan
2021
17:27
122
56
5695
Virtual karabakh

“Azercell” “Virtual Məktəb” layihəsinə növbəti töhfəsini verir

6 Yan, 2021
17:27
5695

“Azercell” “Virtual Məktəb” layihəsinə növbəti töhfəsini verir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil Nazirliyinin çağırışına çevik cavab verən lider mobil operator distant təhsili daha da əlçatan etdi!

Artıq “Azercell” abunəçiləri distant dərslərə daha rahat qatılacaq! Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC Azərbaycan Respublikası Təhsil Nazirliyinin çağırışına çevik cavab verərək, pandemiya dönəmində “Microsoft Teams” platforması üzərindən distant təhsil alan şagird və tələbələri, eləcə də distant iş rejimində çalışan müəllimləri “Təhsil” internet paketi ilə sevindirir.

“Azercell” “Təhsil” internet paketi çərçivəsində “Microsoft Teams” tətbiqindən bütün əməliyyat platformalarında və istənilən veb-brauzerdə eksklüziv şərtlərlə yararlanmaq imkanı verir.

Beləliklə, “Azercell” abunəçilərinə bu tətbiqdən istifadə etmək üçün 10 GB həcmində interneti gündə cəmi 0,70 AZN-ə, 100 GB həcmində interneti isə ayda cəmi 9,90 AZN-ə təklif edir.

Günlük paketə qoşulmaq üçün “tehsil1” açar sözünü, aylıq internet paketi üçün isə “tehsil30” açar sözünü 2525 qısa nömrəsinə göndərmək kifayətdir. Həmçinin, internet paketləri “Azercell”in çoxfunksional “Kabinetim” tətbiqi vasitəsilə də aktivləşdirmək mümkündür.

Xatırladaq ki, fəaliyyəti boyunca ölkədə təhsilin inkişafına daima töhfə verən “Azercell”, qlobal sağlamlıq böhranı dövründə də bu ənənəyə sadiq qalır. Belə ki, şirkət “Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və “Azercell” abunəçisi olan 30 min müəllimə dəstək olaraq daha öncə iki ay ərzində 5GB internet də hədiyyə edib.

Qeyd edək ki, “Təhsil” internet paketindən “Azercell”in bütün fiziki şəxs statusuna malik abunəçiləri yararlana bilər. 

Əlavə məlumat üçün:

https://www.azercell.com/az/personal/campaigns/campaigns_internet/tehsil_paketi/

səhifəsinə keçid etməyiniz xahiş olunur.
 
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 89.3%; ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell” Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s.

Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir.

Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

“Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

“Azercell” nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri