16 
Yan
2021
00:53
384
29
6274
Virtual karabakh

​​​​​​​“WhatsApp” istifadəçi narazılıqlarına görə yeni qərarının icrasını təxirə saldı

16 Yan, 2021
00:53
6274

​​​​​​​“WhatsApp” istifadəçi narazılıqlarına görə yeni qərarının icrasını təxirə saldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“WhatsApp” mesenceri istifadəçi müqaviləsinə tətbiq etməyi planlaşdırdığı yeniləmənin icrasını təxirə salıb.

Bu barədə şirkət rəhbərliyi bəyanat yayıb. 

Bəyanatda bildirilir ki, yeniləmənin tətbiqetmə tarixi 8 fevraldan 15 may tarixinə keçirilib.

Xatırladaq ki, dünyanın ən çox işlədilən mesenceri “WhatsApp” 2021-ci ilin 8 fevral tarixindən yeni xidmət şərtlərinin və yeni gizlilik siyasətinin tətbiq olunacağını bildirmişdi.

Yeni siyasətə görə, istifadəçilərə dair məlumatlar messencerin sahibi olan “Facebook” şirkətinə ötürüləcək. Bu, narazılığa və etirazlara səbəb olmuşdu. 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri