18 
Yan
2021
23:11
260
25
7946
Virtual karabakh

“Azerspace-1” peykindən yayımlanan televiziya kanalları siyahısına yeniləri əlavə olundu - VİDEO

18 Yan, 2021
23:11
7946

“Azerspace-1” peykindən yayımlanan televiziya kanalları siyahısına yeniləri əlavə olundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərkosmos” və Qırğızıstanın “Ayan TV” və “Super TV” kanalları arasında kommersiya müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, bu gündən etibarən “Ayan TV” və “Super TV” kanalları Mərkəzi Asiya ölkələrində “Azerspace-1” peyki vasitəsilə yayımlanır. Sözügedən kanallarda rus və qırğız dillərində Qırğızıstanın siyasi, sosial, iqtisadi və mədəniyyət proqramları nümayiş olunur.

“Ayan TV” və “Super TV” kanallarının yayım tezliyi: 11104/V/13000

Həmçinin, Türkiyənin Avropada yayımlanan və çoxsaylı izləyiciləri olan “Euro 90 TV” kanalı “Azerspace-1” peykinin Avropa şüası üzərindən yayıma başlayıb.

“Euro 90 TV” kanalında türk və ingilis dillərində Avropada, o cümlədən dünyada baş verən yeniliklər, sağlamlıq, əyləncə və siyasi mövzular barədə proqramlar yayımlanır.

“Euro 90 TV” kanalının yayım tezliyi: 11095/H/30000

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri