21 
Yan
2021
16:57
189
18
3506
Virtual karabakh

“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir

21 Yan, 2021
16:57
3506

“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nar” Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qəhrəmanlarımız üçün xüsusi güzəştlər təqdim edir.

Xüsusi güzəştlərdən faydalanmaq üçün 21 yanvar tarixindən etibarən, “Nar” mərkəzlərindən birinə yaxınlaşaraq müvafiq sənədi təqdim etmək kifayətdir. Əlavə məlumatı mobil operatorun nar.az veb səhifəsindən əldə etmək mümkündür.

Qeyd edək ki, “Nar” torpaqlarımızın azad edilməsi uğrunda hərbi əməliyyatların getdiyi dövrdə bir çox sosial əhəmiyyətli layihələr həyata keçirib, cəbhəyanı bölgələrdə yaşayan şəxslərə dəstək olub. Torpaqlarımızın azadlığı uğrunda vuruşmuş bütün müharibə iştirakçılarına hər zaman minnətdar olacağıq! #SalamQarabağ

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri