30 
Yan
2021
01:18
35
148
4803
Virtual karabakh

“WhatsApp” yazışmalarını “Telegram”a köçürmək üçün təlimatlar - FOTO

30 Yan, 2021
01:18
4803

“WhatsApp” yazışmalarını “Telegram”a köçürmək üçün təlimatlar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Telegram” mesencerinə “WhatsApp” yazışmalarının köçürülməsi funksiyası əlavə olunub.

“Telegram”ın təsisçi Pavel Durov bildirib ki, bu funksiyanı əlavə etmək üçün onun komandasına cəmi iki həftə vaxt kifayət edib.

Durovun sözlərinə görə, indiyədək heç bir aplikasiyada belə funksiya olmayıb.  

“Bəzi istifadəçilər “WhatsApp” yazışmalarını “Telegram”a köçürmək üçün yollar axtarırdılar. İki həftə öncə mən anladım ki, bunu reallaşdırmaq mümkündür. Dünən  biz iOS və Android qurğuları üçün köçürmə funksiyasını əlavə etdik”, - deyə o, özünün “Telegram” səhifəsində yazıb.

Şəbəkə təsisçisi həmçinin yazışmaların köçürülməsi funksiyasının istifadə təlimatlarını da paylaşıb. 

Qeyd edək ki, bütün köçürülən yazışmalar çatın sonuna əlavə olunur, lakin tarix və saat məlumatları olduğu kimi saxlanılır.

Hazırda Durov öz əməkdaşları ilə köçürülən yazışmaların qarışdırılması üzərində çalışır.  

 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri