Mar
2021
10:30
78
10
7932
Virtual karabakh

Elektronika sahəsində yeni nəsil xidmət: “Texno Gallery” - FOTO

2 Mar, 2021
10:30
7932

Elektronika sahəsində yeni nəsil xidmət: “Texno Gallery” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2011-ci ildən etibarən fəaliyyət göstərən “Texno Gallery” Azərbaycanda kompüter texnologiyaları, mobil telefon və aksesuarlarına aid məhsul və xidmətlərin topdan satışını həyata keçirən ən böyük şirkətlərdən biridir.

Şirkət 2021-2023-cü illərdəki satış hədəflərinə uyğun olaraq öz işçi heyətini yeniləyib və bütün heyətin iştirak etdiyi korporativ görüş keçirilib. Bu görüşdə Təsisçi Murad Adışirinli pərakəndə satış kanallarını artırmaq və müştəri məmnuniyyətini təmin etmək məqsədilə professional idarəetmə strukturuna keçid edildiyini bildirib. O, həmçinin, bununla bağlı baş ofisin qurulması, onlayn satış, korporativ satış, topdan və pərakəndə satış kanallarının inkişaf etdirilməsi adına zəruri işlərin tamamlandığını da qeyd edib.

Bundan əlavə 28 May ünvanında yerləşən iki filialı ilə yanaşı İnşaatçılarda da “Texno Gallery” şirkətinə məxsus yeni filial fəaliyyətə başlayıb. Beləliklə, 2021-ci ilin sonunadək 5 filial, 2023-cü ilin sonunadək 10 filial ilə fəaliyyət göstərməyi hədəfləyən “Texno Gallery” öz alıcılarına yüksək səviyyədə müştəri məmnuniyyəti və xidmət keyfiyyəti vəd edir.

Şirkətin təsisçisi Murad Adışirinli bu məqsədlərə çatmaq və lazımi tədbirləri həyata keçirmək üçün heç bir xərcdən çəkinmədiklərini və Azərbaycan xalqına qeyd-şərtsiz maksimum keyfiyyətli şəkildə xidmət etmək üçün hazır olduqlarını bildirib.

Qeyd edək ki, bütün bu hədəflər çərçivəsində şirkətin inkişafı və idarəetmə strukturunun formalaşdırılması üçün Azərbaycanda elektronika sahəsindəki uğurlu layihələri və təcrübəsi ilə tanınan Ahmet Kandemir İcraçı Direktor olaraq təyin edilib.

Ahmet Kandemir Türkiyə və Azərbaycanda satış və idarəetmə sahələrində böyük uğurlara imza atıb və eyni zamanda tanınmış bir çox şirkətlərin işçi heyətinə professional səviyyədə təlimlər verib.

Ahmet Kandemir “yeni nəsil xidmət” şüarını əsas tutaraq Azərbaycan xalqına yüksək səviyyədə xidmət təqdim edəcəklərini və həm işçilərin, həm də müştərilərin bir parçası olmaqdan xoşbəxtlik duyacağı bir şirkət yaradacaqlarını bildirib Habelə, o, Azərbaycan xalqına notbuk, mobil telefon və aksesuarları mövzusunda ən keyfiyyətli məhsulların satışını ən sərfəli qiymətlərlə həyata keçirmək üçün bir sıra tədbirlərin görüldüyünü və işlərin davam etdiyini də qeyd edib. 

“Texno Gallery” şirkətinə hədəflərində uğurlar arzulayırıq və tezliklə Azərbaycanın başlıca elektronika mağazalarından birinə çevrilməsinə ümid edirik. 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri