10 
Mar
2021
21:04
242
40
7922
Virtual karabakh

Hakerlər qrupu bütün dünyada kameraları sındıraraq gizli görüntülər əldə etdilər - FOTO

10 Mar, 2021
21:04
7922

Hakerlər qrupu bütün dünyada kameraları sındıraraq gizli görüntülər əldə etdilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hakerlər qrupu bütün dünyada “Verkada” şirkətinə məxsus 150 000 kameranın sındırıldığını elan edib.

Bu barədə “Bloomberg” kibercinayətkar qrupun üzvünə istinadla xəbər verib.

Nəşrin yazdığına görə, kibercinayətkarlar xəstəxanalarda, polis bölmələrində, həbsxanalarda, məktəblərdə və digər müəssisələrdə kameralara giriş əldə ediblər. Bunların arasında Şanxayda “Tesla” anbarı və “Verkada”nın öz ofisi də var.

Bildirilir ki, hadisəyə görə məsulliyyəti öz üzərinə götürən beynəlxalq hakerlər qrupunun məqsədi video nəzarətin hər yerdə olduğunu və kameralara girməyin asanlığını nümayiş etmək idi.

Mənbədən bildirilib ki, kiber cinayətkarlar nəinki uzaqdan idarə oluna bilən 150 000 kameraya, həm də şirkətin bütün arxivlərinə giriş əldə ediblər.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri