20 
Mar
2021
00:05
25
175
9701
Virtual karabakh

Nazirlikdən “WhatsApp”da yaranan problemlə bağlı AÇIQLAMA

20 Mar, 2021
00:05
9701

Nazirlikdən “WhatsApp”da yaranan problemlə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün saat 21:00 radələrindən başlayaraq “WhatsApp” beynəlxalq platformasının fəaliyyətində problem yaranıb.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaranan problem lokal deyil, qlobal xarakter daşıyır.

Qeyd olunub ki, dünyanın bir çox ölkələrindən olan tətbiq istifadəçiləri bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar.

Saat 22:00 radələrindən etibarən problem aradan qalxıb.

Qeyd edək ki, bu gün dünyanın bir sıra ölkələrində “Facebook”a məxsus “Instagram” sosial şəbəkəsində və “WhatsApp” messencerinin işində problemlər yaranıb.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri