31 
Mar
2021
16:03
96
35
8062
Virtual karabakh

Təhsil Nazirliyi təhsil sisteminin ümumi transformasiyası üçün “Microsoft” şirkəti ilə əməkdaşlıq edir

31 Mar, 2021
16:03
8062

Təhsil Nazirliyi təhsil sisteminin ümumi transformasiyası üçün “Microsoft” şirkəti ilə əməkdaşlıq edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqəmsal texnologiyaların sürətli inkişafı, təhsil sahəsi daxil olmaqla, bütün fəaliyyət sahələrinə əhəmiyyətli təsir göstərir. Məktəblərin rəqəmsal transformasiyası rəqəmsal iqtisadiyyat dönəminə keçid şəraitində milli təhsil sisteminin inkişafı üçün mühüm amildir. İnkişafın əsas istiqamətləri: rəqəmsal təhsil mühitinin yaradılması, tədris sisteminin yenidən gözdən keçirilməsi, fərdiləşdirilmiş tədris prosesinin çevik sisteminin yaradılması, yeni tədris üsullarının, təcrübələrinin və texnologiyalarının tətbiq olunması.

Bugün dünya əvvəlkindən daha sürətli şəkildə dəyişməkdə, onlayn təhsil isə normal hala dönməkdədir. Geniş funksionalığın, mütəmadi yenilənmənin və təkmilləşdirilmənin eləcədə “Microsoft” ekosisteminin eyni zamanda bütövlükdə istifadə olunmasının sayəsində tədris prosesinin həyata keçirilməsi üçün geniş imkanlar yaradan “Microsoft Teams” platforması pandemiya dövründə bilik qazanmaq üçün ən effektiv vəsitəyə dönüb.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə “Microsoft” şirkətinin əməkdaşlığı, təhsil sisteminin informasiyalaşdırılması üzrə ilk proqramın tətbiqi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradılması ilə 2008-ci ildən başlayıb.

Pandemiya dövründə Nazirlik distant təhsil problemlərini həll etmək üçün səy göstərirdi və “Microsoft” şirkəti bu problemin həlli üçün yaratdığı “Microsoft Teams” platformasını təklif etdi.

Bütün digər variantlar arasından seçilən bu tətbiq orta və ali təhsildə intensiv şəkildə istifadə olunmağa başladı. Bugün 1,4 milyondan çox şagird ümumitəhsil istiqamətlərini əhatə edən “Virtual Məktəb” platformasında qeydiyatdan keçib. Habelə 51 universitetdən 38-i kollaborasiya və distant təhsil üçün məhz “Microsoft Teams” platformasını tətbiq edirlər. “Microsoft” həmçinin orta ixtisas təhsili sahəsində də fəaliyyət göstərir. Belə ki 50 müəssisədən 17-si “Microsoft Teams”i tətbiq edir.

3 mart 2021-ci il tarixində Təhsil Nazirliyi “Microsoft” şirkəti ilə birlikdə təhsil sisteminin rəqəmsal transformasiyası haqqında yeni saziş imzaladılar. Sənəd 4 istiqaməti əhatə edir və hər bir istiqamətdə birgə həyata keçiriləcək bir neçə layihə var.

Yeni sənəd Azərbaycanın hazırki gündəminə və təhsil sisteminə uyğun olaraq hazırlanıb.

Tərəflərin əməkdaşlığı 20-ə yaxın mövzunu əhatə edəcək. İlk növbədə Nazirliyin elektron xidmətlərində istifadə etdiyi məlumat sistemlərinin təkmilləşdirilməsi olacaq. Bu, müəssisə üçün bəynəlxalq səviyyədə təcrübə mübadiləsi aparmağa, analizin detallaşdırılması və elektron xidmətlərin effektivliyinin artırılması sahəsində məlumat sistemlərinin təkmilləşdirilməsi üçün müasir texnologiyaları tətbiq etməyə imkan yaradacaq.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəhbəri Vüsal Xanlarovun dediyinə görə, bu saziş çərçivəsində Azərbaycan həmçinin “Leading Countries of the World” koalisiyasının üzvüdür. Bu koalisiyaya üzv olan ölkələr, təhsil sisteminin rəqəmsal transformasiyası sahəsində daha uğurlu təcrübələrini öz aralarında bölüşürlər.

“Leading Countries of the World” və məhz “Constellation” layihəsinin çərçivəsində biz öz təcrübəmizi bölüşür, digər ölkələrdən təcrübə alırıq. Bu isə uzun müddətdə bütün üzv ölkələr üçün faydalı olacaq. Bir çox sahələrdə biz özümüzü pioner kimi görürük. Çünki bu gün Azərbaycanda həyata keçirilən bir çox layihə, gələcəkdə digər ölkələrdə də implementasiya olunacaq. Hal-hazırda bu platformaya təhsil sistemində müasir texnologiyalar tətbiqinin “birinciləri” olan 6 ölkə qoşulub. UNESCO və OSCD də bu paltformaya dəstək göstərirlər və texnoloji sahədə düzgün addım atmağımıza yardım edirlər”, - deyə, Vüsal Xanlarov bildirib.

Ölkələrin əməkdaşlığının daha bir istiqaməti – müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasıdır. Saziş çərçivəsində, müəllimlərin proqramlı təlimi üçün “Microsoft” texnologiyalarının tətbiqinin imkanları yoxlanılır, eləcə də Pedaqoji universitetlə birlikdə hazırki kontentin, müasir industriyanın tələblərinə cavab verən yeni kontentə dəyişdirilməsinə yönlənmiş yeni layihələr planlaşdırılır.

Əməkdaşlıq çərçivəsində süni intellektin tətbiq olunması da planlaşdırılır. Qeyd edək ki, 26
fevral tarixindən etibarən “Microsoft”un Süni intelekti Azərbaycan dilini tanımağı öyrənib. Bu
texnologiyanın köməyi ilə müəyyən test sistemləri tədqiq olunur və yeni kontentin şagirdlər və
müəllimlər üçün faydalılıq dərəcəsinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş predikativ
analitika tətbiq olunur.

V. Xanlarov: “Süni İntellekt gələcək inkişafda önəmli amillərdən biri olacaq, onun imkanları getdikcə genişlənəcək. Bu isə onun təhsil sahəsində istifadə olunmasına imkan yaradacaq. Biz Azərbaycan məktəblərində tədris keyfiyyətinin təkmilləşəcəyini gözləyirik, çünki biz müəllimlərin təlimi zamanı yeni texnologiyalara əsaslanırıq. Şagirdlərimizin süni intellekt və başqa istiqamətlər üzrə müxtəlif beynəlxalq yarışlarda iştirak etmək imkanlarının genişləndirilməsi daha bir müsbət amildir”.

Qazaxıstanda və MDB ölkələrində “Microsoft Təhsil” sektoru ilə əməkdaşlıq işlərinin rəhbəri Nurlan Canıbek, Təhsil Nazirliyi ilə əməkdaşlığın növbəti mərhələsinə dair şərh bildirərkən, memorandumun Azərbaycanda təhsil sisteminin ümumi transformasiyası üçün mühüm olan bütün dəyişiklik məhələlərini əhatə etdiyini qeyd edib.

Onun sözlərinə görə, çoxillik əməkdaşlığı nəzərə alaraq, sazişin bəzi maddələri artıq həyata keçirilmişdir, bəziləri isə yekunlaşma mərhələsindədir.

N. Canıbek: “Bu yaxınlarda 5 Azərbaycan məktəbinin qoşulduğu “Showcase School” layihəsinin anonsu elan ediləcək. Eləcədə müəllimlərlə ayrıca keçirəcəyimiz, 50 müəllimin qatılacağı layihə həyata keçiriləcək. Bu əməkdaşlığın yaxın gələcəyə qoyduğumuz ortaq məqsədlərə nail olmaq üçün qurulmağı çox vacib bir amildir. Memorandumda əks olunan məsələlər, həm ümumilikdə təhsil sisteminə həm də onun hər bir iştirakçısına müsbət təsir göstərəcək”.

Tərəflərin ortaqlığı təhsil sisteminin transformasiyasından başqa, ölkədə İT mütəxəssisləri bazarının radikal dəyişikliklərinə səbəb olacaq. Ali təhsil müəssisələrində tədrisin məzmunun dəyişilməsi və tələbələrin sertifikasiyası bunun aydın nümunəsidir. Hal-hazırda universitetlərdən birində “Microsoft Learn for Educators” lahiyəsinə start verildi. Layihə çərçivəsində müəllimlərin tədrisi aparılır və sonra onlar “Microsoft” üzrə imtahandan keçirlər. Bundan sonra universitet “Microsoft” metodikasını təhsil kontentində tətbiq edir. Təhsillərini bitirdikdən sonra tələbələr həm universitet tərəfindən akademik diplom, həm də “Microsoft” tərəfindən professional sertifikat alacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri