2 
Apr
2021
05:00
11
55
2547
yuxarı
“Twitter”də yeni maraqlı funksiya işə salınır - FOTO/VİDEO
“Twitter” mikrobloqlar xidmətində “Clubhouse” sosial şəbəkəsinə bənzər “Spaces” xidməti fəaliyyətə başlayacaq.
Bu barədə TASS xəbər yayıb.
Bildirilir ki, yeni funksiyanın sınanmasında şirkətin qurucusu Cek Dorsey iştirak edib.
— jack (@jack) April 1, 2021
Funksiyanın test nəticələri barədə hələ məlumat verilməyib.
Hazırda yeni xidmət “iOS” və “Android” əməliyyat sistemli cihazların məhdud sayda istifadəçiləri üçün mövcuddur.
“Clubhouse” - səs əsaslı yeni sosial şəbəkədir. Oradan ancaq dəvətlə qeydiyyatdan keçmək olur. Xidmətdə adi mətn mesajları yoxdur, amma spikerlərin danışdığı xüsusi virtual otaqlar var.
Sosial şəbəkə məşhurların, xüsusən də “SpaceX”in qurucusu Elon Maskın diqqətini cəlb etdiyi üçün qısa müddətdə dünya səviyyəsində populyarlıq qazanıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İKT xəbərləri
12 
Apr
2021
17:48
“Nar” paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir - FOTO
79
21
1374
10 
Apr
2021
05:48
500 milyon “LinkedIn” istifadəçisinin şəxsi məlumatları satışa çıxarılıb
22
107
2207