10 
Apr
2021
05:48
22
109
4859
Virtual karabakh

500 milyon “LinkedIn” istifadəçisinin şəxsi məlumatları satışa çıxarılıb

10 Apr, 2021
05:48
4859

500 milyon “LinkedIn” istifadəçisinin şəxsi məlumatları satışa çıxarılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook”un ardınca “LinkedIn” sosial şəbəkəsi istifadəçilərinin də şəxsi məlumatları satışa çıxarılıb.

“CyberNews” xəbər verir ki, 500 milyon şəxsə aid məlumatların satışı barədə elan xaker forumlarından birində yerləşdirilib.

Məlumatların doğruluğunu sübut etmək üçün 2 milyon qeyd açıq şəkildə nümayiş olunub. Burada istifadəçilərin ad və soyadları, telefon nömrələri, elektron poçt ünvanları, iş yerləri haqqında məlumatlar öz əksini tapıb.

Məsələyə sosial şəbəkə rəhbərliyi də münasibət bildirib. “LinkedIn” şirkəti faktla bağlı araşdırmalara başladığını bəyan edib.  

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri