17 
Apr
2021
02:40
15
192
6202
Virtual karabakh

“Google” şəxsi məlumatları toplayarkən istifadəçiləri aldadıb

17 Apr, 2021
02:40
6202

“Google” şəxsi məlumatları toplayarkən istifadəçiləri aldadıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliya Federal məhkəməsi müəyyən edib ki, “Google” şirkəti istifadəçilərin olduğu məkan barədə mobil qurğular vasitəsilə toplanan məlumatlarla bağlı insanları aldadıb.

TASS-ın məlumatına görə, bu barədə Avstraliya Rəqabət və İstehlakçıların Hüquqlarını Müdafiə Komissiyasının yayımladığı açıqlamada deyilir.

Tənzimləyici 2020-ci ilin oktyabrında Federal məhkəməyə müraciət edərək, “Google LLC” və “Google Australia” şirkətlərini istifadəçilərin şəxsi məlumatlarının toplanması, saxlanması və istifadəsinin necə aparıldığına dair məlumatları qəsdən təhrif etməkdə günahlandırıb.

Bəyanatda qeyd olunur ki, söhbət 2017-ci ilin yanvar ayından 2018-ci ilin dekabrına kimi “Android” platformasında mobil cihazlardan istifadə olunan məlumatların toplanmasından gedir. Komissiyadan bildirilib ki, veb-fəallıq və tətbiqdaxili fəaliyyətin izlənilməsi üçün parametr standart olaraq aktivləşdirilib. Halbuki, bu funksiya ancaq işə salındıqda fərdi məkan məlumatlarının toplanmasını və saxlanmasını öz üzərinə götürmüşdü.

“Bu yöndə dünyada ilk məhkəmə işinin nəticəsindən çox məmnunuq”, - deyə komissiyanın sədri Rod Sims bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri