20 
May
2021
14:30
86
15
5954
Virtual karabakh

Kənd təsərrüfatında ilk dəfə istifadə olunacaq mobil tətbiqin təqdimatı olub - FOTO

20 May, 2021
14:30
5954

Kənd təsərrüfatında ilk dəfə istifadə olunacaq mobil tətbiqin təqdimatı olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Aqroservis” Açıq Səhmdar Cəmiyyətində fermer və mexanizatorlar arasında kommunikasiyanı həyata keçirən “AgroUber” mobil tətbiqinin təqdimatı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, Android platformasında fəaliyyət göstərən mobil tətbiq müxtəlif aqroxidmətlər üzrə fermerlər və mexanizatorlar arasında onlayn platforma üzərindən əlaqələndirməni təmin edəcək.

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov bildirib ki, təqdimatı keçirilən elektron məhsul Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə yaxınlıq, şəffaf və çevik idarəetmə, innovasiyaların tətbiqi prinsiplərinə tam cavab verir.

Fermerlər mobil tətbiqdən yararlanmaq üçün “AgroUber” proqramını mobil telefon cihazına yükləməli və qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş fermer istənilən mövsümdə müvafiq rayon və kənd üzrə aqrotexniki xidmətlər üzrə axtarış aparmaq imkanı qazanır.

Təqdimat mərasimində mobil tətbiqin yüklənməsi, istifadə qaydaları əyani şəkildə nümayiş olunub.

Qeyd edək ki, “AgroUber” proqramı Azərbaycanda aqrar sahədə ilk dəfə tətbiq olunur.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri