20 
May
2021
20:44
541
37
5702
Virtual karabakh

Britaniya Azərbaycana “ağıllı” texnologiyaların gətirilməsində iddialıdır

20 May, 2021
20:44
5702

Britaniya Azərbaycana “ağıllı” texnologiyaların gətirilməsində iddialıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya Azərbaycanda alternativ enerji sektorunun inkişafına öz töhfəsini verəcək.

APA xəbər verir ki, bunu Azərbaycan və Böyük Britaniya arasında Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının nəticələrinə dair təşkil olunan mətbuat konfransında Britaniyanın Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Qrem Stüart (Graham Stuart) deyib.

Onun sözlərinə görə, Böyük Britaniya Azərbaycanla neft-qaz sektorunda əməkdaşlığı davam etdirməklə yanaşı, həm də alternativ enerji sahəsinin inkişafına öz töhfəsini vermək niyyətindədir.

“Düşünürük ki, BP ilə yanaşı, Birləşmiş Krallığın digər şirkətləri də Azərbaycana təşrif buyurub, əldə etdiyi təcrübə ilə paylaşacaqlar digər”, - Q. Stüart qeyd edib.

Bununla yanaşı, nazir əlavə edib ki, Böyük Britaniya “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrində də kifayət qədər təcrübə toplayıb və Azərbaycana “ağıllı” texnologiyaların gətirilməsində iddialıdır.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri