İyn
2021
11:00
28
98
6243
Virtual karabakh

Bakı Şəhər Halqasının maksimal surəti 360 km/s və 360Hz-də MSI oyun noutbukları ilk dəfə Bakıda!

4 İyn, 2021
11:00
6243

Bakı Şəhər Halqasının maksimal surəti 360 km/s və 360Hz-də MSI oyun noutbukları ilk dəfə Bakıda!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı kompüter brendlərin Azərbaycanda rəsmi təmsilçisi olan “Aztech” şirkəti yenə yeniliklərlə gündəmə gəlir. Belə ki, may ayının 11-də dünyada oyun noutbukların aparıcı istehsalçılarından olan MSI (Tayvan) şirkəti ən son “Intel®” 11-ci nəsil H seriya prosessorlu və “NVIDIA®” “GeForce RTX™” 30-cu nəsil video kartlı oyun noutbuklarının yeni modellərini rəsmi təqdim etdi.

Peşəkar kompüter oyunçularının nəbzini tutaraq, bu minvalla MSI şirkəti kompüter oyun həvəskarlarının çoxdanki arzularını reallaşdırmağa müvəffəq oldu. Əvvəlki modellərlə müqayisədə, yeni “Intel®” 11-ci nəsil Gen H seriya prosessorlu və “NVIDIA®” “GeForce RTX™” 3080 video kartlı oyun noutbukları 30 %-dək daha yüksək performans, 360Hz yüksək yenilənmə sürəti və “PCIe Gen4”, “Thunderbolt” 4, “Wi-Fi 6E” kimi daha təkmilləşdirilmiş xüsusiyyətləri ilə oyunçuların əsas istəklərini özündə cəmləşdirərək, oyunçulara ƏSL OYUN (TRUE GAMING) həyəcanı yaşadır. 

MSI şirkətinin yeni prosessor və videokartlı 2021-ci ildə təqdim etdiyi yeni “GE76/66 Raider” və məhdud sayda buraxılan “Dragon Edition Tiamat”, “GP Leopard”, “GS Stealth”, “GL Pulse” və “GF Katana” kimi modellər artıq satışa çıxarılıb. Ən yüksək yenilənmə surəti 360Hz ilə noutbuklar ancaq bu ildən satışa çıxarılıb və artıq Bakıdadır. Xoş təsadüfdür ki, qədim şəhərimizdə keçirilən Bakı Şəhər Halqasında da şütüyən bolidlərin maksimal sürəti 360 km/s və ilk MSI 360Hz oyun noutbukları da eyni ərəfədə Bakıya gəlir.

Yeni 360Hz modellərlə ətraflı tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz:

https://aztech.az/mehsullar/?s=msi%20raider

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri