10 
İyn
2021
16:21
507
27
8529
Virtual karabakh

“Bakcell” şəbəkəsi Şuşada! - FOTO/VİDEO

10 İyn, 2021
16:21
8529

“Bakcell” şəbəkəsi Şuşada! - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakcell” mobil şəbəkəsinin əhatə dairəsi artıq qədim Şuşa şəhərinə qədər genişləndi. 

İşğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa işlərində daha bir addım: “Bakcell” şirkətinin texniki personalı Qarabağda şəbəkənin qurulmasını davam etdirir və “Bakcell” şəbəkəsi artıq Şuşa şəhərini də əhatə edir.

“Bakcell”in 2G, 3G və 4G baza stansiyaları artıq Şuşada və Cıdır düzündə, Cəbrayıl rayonunda, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənddə də quraşdırılıb. “Bakcell” Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə yönəlmiş genişmiqyaslı işlərini davam etdirəcək.

Qeyd edək ki, “Bakcell” şəbəkəsi müstəqil mobil bençmarkinq təşkilatları tərəfindən 3 il ardıcıl olaraq “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adlandırılıb. 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri