18 
İyn
2021
10:00
64
22
6757
Virtual karabakh

“Beoplay E8 Sport”: İrəli hərəkət etməyə həvəsləndirən musiqi - FOTO/VİDEO

18 İyn, 2021
10:00
6757

“Beoplay E8 Sport”: İrəli hərəkət etməyə həvəsləndirən musiqi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özəl olaraq aktiv həyat tərzi keçirənlər üçün istehsal olunmuş, əvəzedilməz “Beoplay E8 Sport” naqilsiz qulaqcıqları məşhur “Bang & Olufsen” ustalığını və əla səs keyfiyyətlərini özündə cəmləşdirir. Dizayn və funksionallığın özəllikləri qarşıya qoyulmuş məqsədlərə və yüksək nəticələrə çatmaq üçün musiqinin gücündən ilhamlanmağa alışmış, peşəkar idmançıların və qaçışçıların tələblərinə tam cavab verir.

“Bang & Olufsen”in Məhsulların idarə edilməsi üzrə vitse-prezidenti Kristoffer Poulsenin sözləri ilə desək: “Qulaqcıqların uzunmüddətli qaçış və idman məşqləri zamanı komfortu təmin edən su keçirməyən və idarə oluna bilən konstruksiyası, uzunmuddətli oxuma qabiliyyəti və ən əsası əla səs keyfiyyəti idman qulaqcıqlarından istifadə edənlərin önəm verdiyi 3 əsas elementlərdir. Hər kəsə məlumdur ki, musiqi, məşqlər zamanı idmançını uğurlu nailiyyətlərə daha da həvəsləndirmək üçün ən gözəl motivasiya mənbəyidir. Eyni zamanda, güclü musiqi idmançıya özünü daha effektiv ifadə etmək imkanı verən əla bir vasitədir”. 

Yüksək məhsuldarlıq və yüksək estetika

“Beoplay E8 Sport”, məhsuldarlığa xələl yetirməyən, yüksək səviyyəli səs və təkrarsız dizaynı özündə birləşdirir. Anodlaşdırılmış metal üzük və adaptasiya olunmuş “Bang & Olufsen” loqosu Danimarka istehsalçısının dizayn ənənələrini vurğulayır, məhsulun idman üslubunu brendin zərif estetikası ilə harmonik şəkildə birləşdirir.

Cihazdakı yivli tutacaqlar kimi diqqətlə düşünülmüş detallar yaş barmaqlarla istifadə zamanı yarana biləcək narahatlıqdan yayınmağa kömək edir, beləliklə qaçış zamanı dayanmağa və diqqəti yayındırmağa səbəb qalmır. “Beoplay E8 Sport” dəstinə daxil olan çıxarıla bilən silikon qulaqcıqları və yumşaq fiksatorlar mükəmməl oturuşu təmin edir və istifadəçinin səs keyfiyyətini itirmədən məşqlərinə diqqət yetirməsinə imkan verir. Qulaqcıqlar dörd daxili mikrofon və sensor panelləri ilə təchiz olunmuşdur ki, bunun sayəsində istifadəçi sadə bir toxunuşla musiqini dəyişə, zəng edə və səs ötürmə rejimini aktivləşdirə bilər.

“Beoplay E8 Sport” IP57 sertifikatına malikdir. Bu isə onu çirkdən, tərdən və 30 dəqiqə ərzində 1 metr dərinliyə daldıqda belə suyun daxil olmasından tamamilə qoruyur. “Bluetooth 5.1”, AAC və “aptX” kodekləri bütün “iOS” və “Android” cihazlarında mükəmməl qoşulmanı və səslənməni təmin edir. Qulaqcıqlar peşəkar idman materiallarından - rezin və toxumalı silikondan, həmçinin 50 ildən çoxdur ki, “Bang & Olufsen”in “vizit kartı” olan, möhkəm və korroziyaya davamlı anodlaşdırılmış alüminiumdan hazırlanmış kompakt şarj qutusuna yerləşdirilib. Qutu USB-C portu ilə təchiz olunmuşdur, həmçinin əlavə elektrik enerji mənbəyindən naqilsiz enerji doldurulması üçün Qi standartını dəstəkləyir. “Beoplay E8 Sport” öz sahəsində ən qabaqcıl batareyası ilə bir yükləmədə 7 saata qədər, yükləmə qutusundan istifadə edərək isə 30 saata qədər uzunmüddətli davamlı oxutmanı təmin edir.

“Fernando Alonso Beoplay E8 Sport” idman qulaqcıqları

Məhdud saya malik “Fernando Alonso Beoplay E8 Sport” qulaqcıqları “Formula 1” yarışı üzrə ikiqat Dünya çempionu və iki dəfə “24 saat Le-Man” avtoyürüşünün qalibi olmuş Fernando Alonso ilə birlikdə hazırlanmışdır. Mükəmməl səs keyfiyyəti onları yarışa hazırlaşan sürücü üçün ideal seçimə çevirir. İdmançı özünəinam və adrenalin qazanmaq üçün ən sevdiyi musiqinin sədaları altında diqqətini qarşıya qoyulmuş məqsədə cəmləşdirə bilir. “Fernando Alonso Beoplay E8 Sport” qulaqcıqları, üzərində “Alonso”nun rəsmi loqosunun əks olunduğu naqilsiz qara enerji yükləmə qutusunda təqdim edilir. Sensor idarəetməsinə malik yaşıl anodlaşdırılmış alüminium üzüklə təqdim edilən hər qulaqcıq dəstinin birində “Bang & Olufsen” loqosu, digərində Fernando Alonsonun imzası əks olunub. Bu buraxılış seriyası 66 ədəd istehsal edilmişdir: Bu mövsüm “Indy 500” yarışında Fernando Alonsonun avtomobilinin nömrəsi də məhz 66-dır.

Tam dəst, qiymət və əlçatanlılıq

“Beoplay E8 Sport” qulaqcıqları premium naqilsiz enerji yükləmə qutusu, 5 ədəd çıxarıla bilən qulaqcıq ucluqları, üzgəc şəkilli 3 cüt yumşaq fiksator və USB-C enerji yükləmə naqili ilə təchiz edilmişdir.

Çeşidə qara və mavi rənglərdə qulaqcıqlar daxildir.

Azərbaycanda “Bang & Olufsen” məhsullarını “Italdizain”, “Alma Store”, “Kontakt Home”, “Irshad Electronics” mağazalarında əldə etmək olar.

Qısa xülasə

“Bang & Olufsen” 1925-ci ildə Danimarkanın Struer şəhərində qurulan lüks bir səs brendidir.

Onun yaradıcıları olan Peter Bang və Svend Olufsenin yanaşması və işə sadiqliyi bu günə qədər də şirkətin fəlsəfəsinin mərkəzində dayanır. Təxminən bir əsrdir ki, “Bang & Olufsen” səs texnologiyasının sərhədlərini aşaraq akustik yeniliyin ön sıralarında irəliləməyə davam edir. Bu gün də brendin məhsulları əla səs, zamanı qabaqlayan dizayn və misilsiz sənətkarlığın bənzərsiz birləşməsi ilə xarakterizə olunur. Şirkətin yenilikçi və mütərəqqi məhsulları bütün dünyada “Bang & Olufsen” mağazalarında, bang-olufsen.com saytı və bir sıra pərakəndə satış mağazalarında satılmaqdadır. 

Şirkətdə təxminən 700 əməkdaş çalışır. Brend dünyada 70-dən çox bazarda təmsil olunur. “Bang & Olufsen” şirkətinin səhmləri, NASDAQ Copenhagen A/S-da tədavül edilir. 

 Daha çox məlumat: www.bang-olufsen.com saytında. 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri