28 
İyn
2021
18:30
261
16
7625
Virtual karabakh

Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan ardıcıl 2-ci ildir ki medallar qazanır - FOTO

28 İyn, 2021
18:30
7625

Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan ardıcıl 2-ci ildir ki medallar qazanır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

19-25 iyun tarixlərində Sinqapurda onlayn qaydada baş tutan 33-cü Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2021 Singapore) nəticələri Baş Assambleyada başa çatmış səsvermə ilə rəsmiləşib. Azərbaycan ardıcıl 2-ci ildir ki, medallar qazanıb.

Bu barədə IOI rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, Rəşad Məmmədovun lideri və 2019-cu ildə yarışlara iştirakçı kimi qatılan, hazırda isə ADA Universitetinin tələbəsi olan İbrahim Tağızadənin debüt lideri olduğu komanda ölkəmizə iki bürünc medal qazandırıb.

Əziz Hüseynov birdən çox IOI medalı qazanmış ilk həmvətənimiz oldu. Səid Nəsibov bu yarışda ilk dəfə iştirak etməsinə baxmayaraq uğurlu nəticə göstərib.

Emilya Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri