29 
İyn
2021
14:00
60
131
9041
Virtual karabakh

“Bakcell”dən “099” prefiksi ilə “xüsusi” və “eksklüziv” nömrələr

“Bakcell” “099” prefiksi ilə başlayan “xüsusi” və “eksklüziv” nömrələri istifadəyə verib. Məhdud sayda buraxılan bu nömrələr abunəçilərə “Klass 25” və “Klass 50” tarifləri ilə təklif olunur.

İstifadəçilərini özəlliyi ilə fərqləndirəcək və yeni hədəflərə doğru addımlamağa kömək edəcək “099” prefiksli yeni nömrələr bu gündən etibarən satışdadır. Müştərilər arzuladıqları nömrəni nomre.bakcell.com səhifəsi vasitəsilə rezervasiya edə və ya “Bakcell”in istənilən müştəri xidməti mərkəzi və diler mağazasından ala bilərlər.

Qeyd edək ki, Bakcell yeni “099” mobil prefiksini ötən ilin əvvəlində təqdim edib. Yeni prefiks abunəçilərə xüsusi və fərdi nömrələr əldə etmək üçün daha geniş imkanlar verir.

“Abunəçilərimiz yeni “099” prefiksimizə böyük maraq göstərib. Buna görə də biz onlara fərqlənmək və ən üstün müştəri təcrübəsindən yararlanmaq üçün “099” prefiksli eksklüziv nömrə almaq imkanı yaratmışıq. Bu nömrələri beynəlxalq səviyyədə 3 il ardıcıl olaraq “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adını qazanmış “Bakcell” şəbəkəsində istifadə etmək isə əlavə üstünlüklər qazandırır”, deyə “Bakcell”in baş icraçı direktoru Rainer Ratgeber bildirib. 

Daha ətraflı məlumat üçün https://www.bakcell.com/az/099-prefix-exclusive-special səhifəsinə daxil olun.

“Bakcell” xidmət və şəbəkə keyfiyyətini müntəzəm qaydada təkmilləşdirməklə abunəçilərini ən üstün müştəri təcrübəsi ilə təmin etməyə davam edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri